Divane Dunyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade

Kartınızı Oluşturun
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi
 


 Məhəbbət şerləri : Getmə gəl!



Bilən olsun! bu sevdanın,
Sözü nədir, söhbəti nə
Yazan olsun qalaq qalaq,
Kitab-kitab
Yenilmişəm varlığının qüdrətinə
Qınasa da solum sağım,
Getmə gəl!
Məhəbbətdən ətirlənən
Ovucumla çətirlənən laləzarım,
Tacı oldun hər baharın
Bağça bağım
Getmə gəl!


 
 Məhəbbət şerləri : Olarsan



Məni bu fəğan ilə təkcə qoyub get
Bu dəm ilə dərdimi görməz olarsan
Daha gəl mehrini yoxluğuma sal
O zaman, peymanından dönməz olarsan



 
 Məhəbbət şerləri : Xəbər al indi




Günəşim! ... şövqünə bələnmirəm ki
Sökülməz danımı, xəbər al indi
Eşqimin ürəktək qalası vardı
Sən bir sol yanımı xəbər al indi



 
 Məhəbbət şerləri : Qoy məni gecələr ağlasın



Qoy məni gecələr ağlasın
Sakit yağışlı küçələr
Qırmızı pəncərələr,
Hər tərəfdə beş bucaqlı dörd bucaqlı
sərhəd sərhəd çərçivələr
Ağlasın məni...
Qoy məni gecələr ağlasın
Payızın qəlbi yara yarpağı
Düşüncəmin qəm otağı...
Qoy məni gecələr ağlasın
Narıncı işiqların əlvan baxış yeriyəm
Köksüm dünyanın köksü
Yağış yeriyəm
Qoy məni gecələr ağlasın
İzimin ustunden tufanlar ötsün
Səsim küləklərin saçında qalsın
Bu gecə halımı özgələr görsün
Qoy məni gecələr ağlasın



 
 Məhəbbət şerləri : Sənsən mənim qaynar əziz qəmli təbim!



Laylasını ürəyimmi çaldı görən
Şirin şirin yatır mənim əvəzimə
Həm geyinir sevincimi, fərəhimi
Arzulara çatır mənim əvəzimə
Gecələrin zülmətidir mürəkkəbim
Sənsən mənim qaynar əziz qəmli təbim!


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur