Sən gedərkən...
Sən gedərkən...Bir ürəyə əsdi həsrət küləyi. Hər addımında sevinclərim ağladı mənim. Dözmədiki, sənlə getdi ürəyim. Bir cüt göz baxdı arxanca sənin, ağlamadı, yox, yox, ağlaya bilmədi. Göz yaşını saxladı sənsizliyə, hələ burda idin. Həsrətin yolu bir ömur deyil, beş-altı addım. Arxanca gəlmədim, əbəsdi. Onsuz da bir ömür boyu ardınca qaçacaqdım...
Sən gedərkən... Çox sevdiyim payızdan bezdim, yoruldum. Şaxtası üşütdü məni. Sənsiz elə özüm də xəzanlı payız oldum. Xəzan oldu ömrümün sənsiz keçən günləri...Mən o sevdiyim baharın gəlməyəcəyini bilə-bilə gözlədim.Hər səhər gəlişinə acığım tutduğu günəşin gözlərimə düşüb yuxudan oyadan işığını, indi sənsiz günlərimi saydığım üçün, sabahlara qədər gözlədim...
Sən gedərkən...Hər şey yarımçıq qaldi...Gülüşünü donduran o şəklin gah beş parça olub yerlərə töküldü, gah da calanıb səni xatırlatdı... Xatirələrin düşmənim oldu mənim. Sən gedərkən, səninlə getdi mən adlı biri...
Burda qalan canlı cəsədim, qoy həsrətin olsun... Sevincində yoxam, bilirəm, qoy sənin yanında məskənim nifrətin olsun... Yetərki,sən gedərkən deməyim. Apar məni özündə saxla, məni nifrət adlı o acı sözündə... Nifrətin məlhəm olsun ayrılıqlara, birdə nifrətim bitsin sənsiz açılan sabahlara...

Şərhlər (1)