Yaralı Əsgər » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Yaralı Əsgər
 


 Hekayələr : Yaralı Əsgər



Bakının dar dalanlı,ümumi həyətdə yaşayan insanları bir başqa olur.Onlar daha yaradıcı və hər nəyi varsa paylaşmağı bacaran insanlardı. O qədər doğmalaşırlarki, hətta atalar demiş uzaq qohumdan daha yaxın olurlar. Bəzən qəribsələyir insan, o dar küçələrin səsli küylü ahəngini xatırlayıb yaman qəribsəyir...
Məhləmizdə yaşlı bir Güllü xala var idi. Əri rəhmətə getmişdi. İki balasının yetginlik yaşında əyər-əskiyini ödəmək üçün evindən ayrı balaca bir yöndəmsiz otağını kirayə verirdi. Hər dəfə bura fərqli insanlar gəlir, öz maraqlı taleləri ilə qonşuların diqqətini çəkirdi...

Uzun zamandı boş qalan daxmanın yeni sakinləri tapılmışdı. Bir qadın və iki balası... Hündür boylu bu xanımın qara gözləri və çox inamlı qərarsız baxışları vardı. Təxminən otuz, otuz iki yaş vermək olardı. Anamın qonşu arvadlarından eşitdiklərini danışanda bilmişdim, məhələmizin yeni sakini olan bu qadının kiçik həyat hekayəsini. Adı Röya idi. On yeddi yaşı olanda əri kəndlərində bunu görüb vurulmuşdu, zorla qaçırmış, iki il bundan qabaq isə boşandığını demişdi. İki oğlu vardı Natiq və Vaqif. Natiq on iki yaşlarında olardı, Vaqif isə beş- altı yaş vermək olardı. Uşaqlarına özü baxan bu ana çörək zavodunda işləyirəm demişdi. Ailəsinin onun qoşulub qaçdığını düşünmüş və boşandıqdan sonra ona sahib çıxmamışdılar. On üç il ata anasını görməyən bu qadının kimi ola bilərdi axı... Qonşuluqda öz zirəngliyi ilə dilli-dilavərliyilə seçilən Məsmə xala röya işdən gələndə uça səslə onu səsləyib Çörəkdə işləyirsən?! (Çörək zavodunda işləyə belə deyirdilər) Heç bir kilo unda gətirmirsən düşbərə bişirək dediyidə yadımdadır. Röyanın gün aşırı evə gələndə işdən çırpışdırdığı” bir salafan unda yadımdadı. Birdə bu qadının heç vaxt başqa geyimdə görməzdin. Uzun, qara bir donu vardı. Özünə çox yaraşırdı, həmdə necə zəhmətkeş olduğunu o dəqiqə anlayırdın. Röyaya al da yaraşırdı şal da. Bəli cox gözəl qadın idi. Hər gün evə gələndə bu uşaqları dalanda oynayarkən görürdüm. Bir az onlarla əylənir, bəzən verdiyim suallarla sanki bu qadının taleyinə cavab axtarırdım. Axı niyə bu cavan yaşında bu iki körpəyə tək baxmalı idi?! Beynimdə dolaşıq fikirlərlə evə doğru adımlayərkən Vaqifin səsi məni fikirlərdən ayırdı Əmi əmi bax atamın şəkillərini göstərim sənə əlində bir qalaq şəkil mənə tərəf qaçan bu uşağın ata dediyi insanı görmək keçdi içimdən. Şəkillər çox idi. Dalandakı bütün qonşular yay gecələrinin istilərindən qaçmağa kömək edən skamyada əyləşib bir-bir vərəqlədım bu şəkilləri. Röya və körpələrinin yanında arıq yöndəmsiz bir kişi durmuşdu. On yeddi yaşında bir gənc qızın taleyinin qatili belə cılız və yöndəmsiz təsvir etmək biraz ağılasığmazdı düşünürdüm. Uşaqlıqda ikisidə üz cizgilərindən necədə oxşayırdılar atasına. Gözümü şəkillərdən ayırıb Vaqifi səslədim –Vaqif atan indi hardadı? Uşağın gözləri elə bir zaman intervalında doldiki, heç o ana anda dəmək olmaz. Saniyə də çox idi. Atam bizi atıb,daha isdəmir bizi. Natiqdə uşaqlardan ayrılıb bizə yaxınlaşmışdı. Atamı istəyirəm.O gəlib məni aparacaq deyə etiraz etdi. Mən ona çalışdımki anladam anasının zəhmətini. Ona hər gün nə istəyir alındığını. Ancaq bunların natiqə heç təsiri olmadı. Çox inadkar uşaga bənzəyirdi.

Uzaq yoldan gələn dosdumu qarşılamaq üçün tələsik çımışdım evdən.Şəhərin yay günləri alışıb yanırdı. Bir ağac kölgəsinə çəkilib vədələşdiyimiz yerdə onu gözləyirdim. Dediyi vaxtan biraz keçmişdi. Gec gələcəyinə əmin olandan sonra özümə sərin bir yer tapmışdım. Yolda adamların seyrək–seyrək gəzişdiyinə baxmaq, üzlərində gizlənmiş qayğıların,sevinclərin tapmaca kimi səbəblərini tapmaq kimi düşündürücü heçnə yoxdu və... Qarşıda kiçik bir kafe var. Hamı buranın heç yaxşı yer olmadığını bilirdi. Bura gələn insanların da el içində yaxşı hörməti olmurdu. Sağ tərəfdən bir qadın yolu keçərək kafeyə doğru addımlayırdı. Əynində açıq-saçq paltarı olan qadının görünüşü mənə tanış gəldi. Mən bu qadını haradasa görmüşəm? Səsləndim ürəyimdə. Bir neçə saniyəyə ürəyimdə düşündüm ki, bəli bu qadın bir az Röyaya oxşadı. Yox Röya ola bilməzdi axı fikirləşdim. Axı o indi çörək zavodunda işləyir. Həmdə belə mini ətəkli gəzdiyini görmədiyimdən özümü danlamağa başladım. Yox bunu dəqiqləşdirmək necə olacaqdı? Bəlkə çevrilib baxsa? Axı nəyə baxacaqdı? Düşünə düşünə son ümidi gizlətdim. Kafenin qapısına çatanda yerində dayandı. Sanki məni görmüş kimi dayandı. Yox görə bilməzdi. Ağacın nəhəng gövdəsi var idi. Həmdə çox ehtinatsız görsənirdi sanki. Qapının ağzında dayandı bir anlıq nəsə itirən insan kimi düşüncəli geriyə döndü... İlahi gördüyüm mənzərənin acınacaqlığını?! yoxsa anamın danışdığı halına yananda o qadının kimliyimi?! güllə kimi saplanırdı fikirlərimə. O qadın Röya idi. Bəs bu yalanlar?! Qara paltarlı zəhmətkeş Röya?! Gün aşırı Məsmə xalaya gətirdiyi “çırpışdırılmış” salafan salafan unlar?! Bəs gecə növbəsində əziyyətə “ qatlaşan” ana?!. Nəyin doğru olduğunu düşünüb ayird etməyə taqətim yox idi. Röya məni görmüşdü. O da sarsılmışdı məncə, amma özünü toparlayıb kafeyə getdiyini görməsəmdə gözdən itmişdi.

Uzun bir yorgun və çox şən gün keçirməyimə baxmayaraq bütün günü beynimdə dolanan bu fikirlərlə evə gəldim. Heç kimə bu barədə danışmadım da. Röyanın bir neçə gün evə gəlmədiyinin şahidi oldum. Uşaqları o daxmada çox vaxt Güllü xalanın ümüdünə qalırdı. Ancaq hər bir xərci qarşılayırdı. Bu uşaqların görkəmindən, geyindiyi paltarlarla qonşu uşaqlardan geri qalmırdı. Artıq məhəllənin cavanları Röyanın “iş” yerindən xəbər tutmuşdu .Yavaş-yavaş söz–söbətlər böyüyür, evə qara donu geyinib gələn qadının çörəkçi olmadığı məlum olurdu. Güllü xala Röyanı daxmasından çıxarmağa məcbur qalmışdı. Axı belə bir qadına kim ev verə bilərdi. On yedi yaşda taleyini itirmiş bu qadının qatil ərinə haqq qazandıran insanlar da vardı axı. Bir tikə çörək üçün pis yola düşən, balalarını aclıqda səfalətdə qoymayan bu qadını qınayanlar arasında, övladlarına çörək pulu qazanmayıb kafelərdə son köpüyünə qədər qumara xərcləyən “yeyib-içən” oğlanlar olanlar da vardı axı...

Bir neçə gündə keçib getdi. Uşaqlara pul yemək qoyub getdikdən Güllü xala onlara baxmaqdan korluq çəkmirdi .Buna görə haqq alırdı. Dalandakı tut ağacınnın gövdəsini yaraladığına görə uşaqlara acıqlanmışdım. Bir az küsülü qamışdıq. Həyətə enməyə macal tapan kimi Vaqifi səslədim. Sözümnən çıxmayaraq yaxınlaşdı. Uşağın könlünü alandan sonra dedim ki, Vaqif heç vaxt ananı tək qoyma həmişə sözünə bax, onu incitmə. Əmi mən heç vaxt atam kimi olmayacam. Uşaqlarımı atmayacam.Özüm lap çox böyüyüb, anamı qoymayacam işləməyə,özüm işləyəcəm. O qədər inandım ki, bu sözlərə. Anasının baxışlarındaki kimi o qətiyyət və inam vardı bu gözlərdə.Könlünü alandan sonra Vaqiflə sağollaşıb işlərimin dalınca getdim. Sonra eşitdim ki, Röya uşaqlarınıda götürüb birdəfəlik məhləmizdən köçmüşdü Güllü xalanın narazı olmağından sonra o kiçik, yöndəmsiz daxmadan. Dənizdə itən damla kimi itmişdi Röya bu dünyada. Qərq olmuşdu... Neçə belə analar kimi hər an nələrdansə qaça-qaça yaşayacaqdı. Biz görməyəcəkdik. Amma kimlərinsə gözünə görsənəcəkdi.

Bu hadisələrin başımdan keçirdiyi dövrlərdən çox keçmişdi. Yaddaşlardan silinmiş sanki olmamış, yaşanmamış kimi... Məndə artıq gənc sayılmazdım. Həyatın qayğıları zaman-zaman üzümdə cizgilər, saçıma dən salmışdı. Ancaq hər dəfə dalandakı o bıçaqla yaralanmış yaradan çürüməyə başlayan tut ağacını görəndə yadıma Röya düşürdü. Onun gələcək taleyi,olacaqlar və iki körpə gəncin taleyi məni düşündürməyə bilmirdi.

Yorğun bir iş günün sonunda evə tələsirdim. Yeni aldığım mənzil şəhərin daha görkəmli yerində olsada ətrafda sakitçilik və yad insanların etinatsız baxışları ilə qarşılaşdıqca biraz qəribə gəlirdi. Bu şəhər mənə soyuq enli küçələrdə səliqəli dayanacaqlar buz otaqlarını xatırladırdı. Qarşı tərəfdə bir əsgər dayanacağa yaxınlaşmaqdaydı.Onun çöhrəsində qəribə bir tanışlıq cizgiləri hiss etdim. Uşaqlıq xatirələri kimi doğma, bilməzlik kimi çətin cizgilər.
Yox yanılmamışdım aradan on bir-on iki il keçsə belə onu tanıya bilmişdim. Bu Vaqif idi. Atasına çox oxşayırdı. O məni tanımadı... Yaxşıki tanımadı. İndi mənim gözlərim dolmuşdu.Səbəbini bilmədiyim hislər var idi içimdə təlaş,həyacan...

Vaqif bu əsgər geyimi ilə sanki meydan oxuyurdu fikirlərimə.Bütün “ağzı göyçəklərin “ qınagına. Qınaqdan başqa heçnə bacarmayan fərari damğalı oğlanlarına əcayib görnüşlü bahalı maşınlar alan”kişilərə” meydan oxuyurdu beynimdə bu əsgər. Bu qədər adamın içində təkcə mən görürdüm onun yarasını.Təkcə mən bilirdim.

Səngərə düşən gülləsi ilə ölən şəhidə yas saxlama dedik vətən! Başın sağ olsun dedik vətən! Ancaq sən ruhu yaralı əsgərlərinə sahib çıxa bilməsən! Sənin üçün ölən yox sənin üçün öldürən!

Bu dəfə yadıma tut ağacı düşdü... Röyanı,Vaqifi, tut ağacını xatirladım. Xatirələrimin içində itməmişdi o uşaqlar.Sona kimi gözəl qalmışdı beynimdə.O zəhmətkeş Ana! O taleyi qətlə yetirilmiş günahsız qadın! Çirklədə bilməmişdi xatirimdə varlığını nə əməli,nə”iş” yeri...


29.10.2013 Divanə



 
Bənzər yazılar
  • Sənə öz eşqimi deyə bilmədim
  • Biz nahaqdan görüşmədik...
  • Ele bilirdinki...
  • Mənim sevdiyim gözəl
  • Üsyan
  • Qaytar
  • Bu qədər sevdim səni...
  • Gəlsəydin
  • Məni unudasan deyə
  • Getdim!
  • Yaraşmadım qəlbinə
  • Xəbər al indi
  • Biz olmuşduq biz!
  • Ana
  • Getdi...
  • Sən də unutdun məni
  • Mənə bir əlvida yaz...
  • Yalannan...
  • Pəncərə
  • Biz öldük!

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.