Mən sənə məhəbbət əmanətiyəm
Sal yadına bir az öncədən...
Kövrək danışmışdıq,
Axşam üstü baxanda pəncərədən
Sən ona söz vermişdin
Məni...
iki kəlmə yarım sətir
Dilinin əzbəri
Qırıq qırıq boğulmuşdu səsində
Səni unutmayacam!
Qürurlu gözlərindən utanmışdı ürəyim
Dilimdə o qədər söz,
dilimdə o son diləyim
Aglamışdım...
Susub nəfəsimizi dinləmisdik nədənsə
və mən,
Sənə get demişdim ilk dəfə
Bu dəfə ayrılıq dəymış idi hədəfə
Sagol
...
Sagol
...
Susmağım cəsarət istədi səndən
Yox hələ özünü aparmamışdın
və o...
sevinmişdi ürəkdən...
Peşmanlı lənətlər güllədən betər
Yetər!!! Yetər!!!
Nə edək daş düşməmişdi məni tanıyan günə
Sən ölməmişdin...
Dinə dinə
Bilə bilə
Gülə gülə
Yaşayıb dönmüşdük sevgi qəminə
Yaxşı düşün mənim sənsiz halımı
Tənhalıq saracaq dörd bir yanımı
Gedəcəm dənizə...
Üz- üzə
Soyuq küləkləri doldurub ürəyimə
Xəstələndirəcəm səni
Yığıb zamanlardan bu gizli qəmi
Yağdıracam saçıma...
Uzaqdan uzağa neylərəm axı
Sən mənə acıma mənə acıma...
İnciyər vallah o səndən yaman
Gözündə duman..
Belə baxacaqsanmı əmanətinə?!
Ürəyin içində divan eyləyər!
Qorxuram göz yummaz xəyanətinə....
Qəmi bağışla!

Şərhlər (4)