Mənim!... səni yazan əllərim öldü » Divane Dunyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Qrup


ÜZV OL

Sevgili Dostlar! Dəyərli Oxucular!
Facebook.com sosial şəbəkəsində oxucularım üçün qrup yaratmışam. Sizinlə söhbət etmək fikirlərinizi bilmək xoş olardı.
Sevgilərimlə Divanə...
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi » Məhəbbət şerləri » Mənim!... səni yazan əllərim öldü
 


 Məhəbbət şerləri : Mənim!... səni yazan əllərim öldü



Bir axşam son deyib, son oldu sanma
Mənim!... səni yazan əllərim öldü
Daha bu yoxluqda dinmeyecem bil!
Mənim!... səni yazan əllərim öldü

Cox güman eylərdim, gümansız qaldım
Yolsuzluq içindən yolumu saldım
Yandım öz içimdə, dünyamda yandım
Mənim!... səni yazan əllərim öldü

Qəfəsdən qurtulub qanad al göyə
Azadlıq! azadlıq! sən deyə, deyə
Sevən bu ürəkdən onu verməyə
Mənim!... səni yazan əllərim öldü

Yuxular içindən çəkil və get!
İndi ki, azadsan! tükən və it!
Dərk et ürəyində, dərindən dərk et!
Mənim!... səni yazan əllərim öldü

Kövrəlib qayıtsan sevgi düzünə,
Sənə bir qətrəylə min dəfə nida!!!
Əlvida əlvida oxu! əlvida!
Mənim!... səni yazan əllərim öldü

Divanə dünyadır bir qəfəs deyil
Sevgi yaşamaqdır hec nəfəs deyil
Lal oldu... danışan bir həvəs deyil
Mənim!... səni yazan əllərim öldü

 
Bənzər yazılar
  • Mən səni sevməyə məhkum edildim
  • Divanə
  • Biz görüşəcəyik bir gün səninlə
  • Ən gözəl qəmim
  • Mənim əsl sevgilim
  • Gəldim
  • Ürək
  • ***
  • Birdə belə sevməz ürək
  • Şəhərin sulara düşən yerində...
  • Qayıtdım ömrümün səssizliyinə
  • Mən sənə məhəbbət əmanətiyəm
  • Dünyanın qəmləri məni axtarır
  • ***
  • Bilmez oldu ürəyimin qədrini
  • Görüş sevgilim mənimlə görüş...
  • Xəyalım
  • Özgə ürək!
  • Gecə sənsiz gəlmişdi...
  • ***

  •  
       
     
    salam! cox sag olun tesekkurler emeye hormet!
    Sevgilerle Knan AY!
     
         
     ÅžÉ™rhin É™lavÉ™ edilmÉ™si
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur