Sən də unutdun məni » Divane Dunyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Qrup


ÜZV OL

Sevgili Dostlar! Dəyərli Oxucular!
Facebook.com sosial şəbəkəsində oxucularım üçün qrup yaratmışam. Sizinlə söhbət etmək fikirlərinizi bilmək xoş olardı.
Sevgilərimlə Divanə...
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi » Məhəbbət şerləri » Sən də unutdun məni
 


 Məhəbbət şerləri : Sən də unutdun məni



Axşam, üzünü sıxmışdı pəncərəyə,
və mən yeni bir roman oxuyurdum
Sakit yağışlı kücələrdən
və səni danışırdı hər kəlmə başı,
hər nida... ürəyimdəki hər acı göz yaşı
Dünənki gecəydi.
Dünənki dönüşdü evə, işiqlarda dünənkiydi
Xatirəsiz, yaddaşsız etinasız mənzərə
Yeni bir xəyal yazırdı, həmişəyazar pəncərə
Bu gecə ah bu gecə
Ölə bilsəydim deyincə ürək
Hardasa bir gülüş sədasi gəlir qulağıma
ürəyin özgəli sevdalar gölü
Ölü...
Keçən günlərin kədəri ölü
Deyə... yaşamağa başladım bu qəmi
Sən də unutdun məni
Üzünün saxtakar təbəssümütək
Dondu keçmişində bir özgə yalan
Mən...
Mən isə hər yuxusuz gecə buralarda
Hələdə varam hələdə varam
indi bu dünyada kim ağlar məni
Kimə gedəcəyini bilməyəcək bu yol
Kimə dönəcəkki
İndi kim?!
Bu dünyaya bağlar məni
Hər il yeni fəsil hər gün yeni bir sabah
Dünən ağladığım zaman da keçdi
Unutdun, sənsizlik yoxluğun içində öldü
O qədər yox idin ki düşmürdün yada
O qədər yox idin fikrimdə azdı ürək
Xatirimdə sənsiz gördüm hər ötəni,
hər keçəni
Sən də unutdun məni
......................Səndə unutdun məni

 
Bənzər yazılar
  • Pəncərə
  • Qoy məni gecələr ağlasın
  • Ozgeye vermeye ureyimmi var
  • Yaşadım!
  • Yaraşmadım qəlbinə
  • İçimdən asdım birini
  • Biz öldük!
  • Bir
  • Getdi...
  • Eşq deyilsən!
  • Sənsən mənim qaynar əziz qəmli təbim!
  • Düşünürəm səni
  • Getdim!
  • Xəbər al indi
  • Getmə gəl!
  • Yalannan...
  • Biz olmuşduq biz!
  • Sen getdiyin zaman
  • Özgəyə verməyə ürəyimmi var
  • Məni unudasan deyə

  •  
       
     
    MÖTƏŞƏMDİ.SEVGİ DƏ,KƏDƏR DƏ ,NİSGİL DƏ...
     
         
       
     
    Sevinc,
    ne gozel yazmissiniz var olun
     
         
       
     
    Sizə yaradıcılığınızda uğurlar arzu edirəm.
    Qəlbiniz sağlam , qələminiz zərif olsun !!!
     
         
     Şərhin əlavə edilməsi
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur