Getdim! » Divane Dunyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Qrup


ÜZV OL

Sevgili Dostlar! Dəyərli Oxucular!
Facebook.com sosial şəbəkəsində oxucularım üçün qrup yaratmışam. Sizinlə söhbət etmək fikirlərinizi bilmək xoş olardı.
Sevgilərimlə Divanə...
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi » Məhəbbət şerləri » Getdim!
 


 Məhəbbət şerləri : Getdim!



Bu qismətin nankor üzü mən oldummu?!
Üz çevirdim varlığına
Əllərində vidam qaldı
Yaddaşını güllələyən sədam qaldı
Bilirəm...
Getdim!
Kürəyimə saplanmışdı baxışların
Gözlərindən gedən yola ələnirdi qanım mənim
Tükətmişdin taqətini,
Qəlbindəki hayqırtıdan tutulmuşdu qulaqları
Can verirdi canım mənim.
Etinasız kölgələrdə itə-itə gizlənirdim.
Bilirdimki hara getsəm nifrətinlə izlənirdim.
Qəzəbindən dar etmişdin ürəyimdə məzarımı
Gözlərinin aynasında çiliklənib qırılmışdım
Mən! ruhumdan vurulmuşdum.
Sürünürdü varlığımın sümükləri
Getdim!
Üzü qoylu yıxılmışdım bu dünyaya
Barmaq-barmaq
Cırmaq-cırmaq
Getdim!
Ürəyimdə bircə günlük ömrüm ilə gedə bildim
Səni xoşbəxt görmək üçün bu dünyada
Taleyindən itə bildim
Getdim!

 
Bənzər yazılar
  • Məni unudasan deyə
  • Yaraşmadım qəlbinə
  • Sən də unutdun məni
  • Pəncərə
  • Eşq deyilsən!
  • Getmə gəl!
  • Olarsan
  • Biz olmuşduq biz!
  • Xəbər al indi
  • Getdi...
  • Ana
  • Bağışlamaz
  • Sən...
  • Sözlərə çəkdim səni
  • Mənə bir əlvida yaz...
  • Biz öldük!
  • Ozgeye vermeye ureyimmi var
  • Yalannan...
  • İçimdən asdım birini
  • Düşünürəm səni

  •  
       
     
    Bu gozlerin gunahi ne...?
     
         
     Şərhin əlavə edilməsi
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur