Üsyan » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Üsyan
 


 Məhəbbət şerləri : Üsyan



Küçədən, bacadan çəkildi izin
Səssiz xəyalların evimdə qaldı.
Özün duman kimi çəkildin itdin
Adın xatirimdə sözümdə qaldı
Hələ ürəyimdə dərdin təzə, tər,
Sönmüş ocağımın istisi də var
Saçımda qar kimi görünən günlər
Könlümə dağ çəkən bəstəsi də var

***

Sarı yarpaqların qəlbini əzən
Fikirdən kiçilən addım yerində
Dumanlı xəyallar məbədi mənəm
Özüm öz yanımda özgələşmişəm
Özgə suallara cavabam nəyəm?!
Mən sənin yanında adiyəm adi
Özüm öz yanımda əbədi sənəm

***

Qəribəm bu yerə bu göyə sənsiz
Qaranlıq yurdumda qəribsəmişəm
Qara saçlarımda cığırlar açan
Nakam arzulara gülümsəmişəm
Sənsiz bu qismətin üzünə bilsən,
Yüz kərə min kərə ağ olmuşam mən
O qədər qaçmışam səddimnən çıxam
Nahaqdan qəlbimə dağ olmuşam mən
Əbəsdi,
Həvəsdi,
Hər nədir, Bəsdir!
Yetər zülmətinə üsyan etdiyim
Səni kürəyimə sancan taleyin
Özü bir fitnədir!
Özü bir qəsddir!......

 
Bənzər yazılar
  • Yaralı Əsgər
  • Sənə öz eşqimi deyə bilmədim
  • Ele bilirdinki...
  • Qaytar
  • Bu qədər sevdim səni...
  • ***
  • Bağışlamaz
  • Getmə gəl!
  • Məni unudasan deyə
  • Getdim!
  • Yaraşmadım qəlbinə
  • Eşq deyilsən!
  • İçimdən asdım birini
  • Sən də unutdun məni
  • Yalannan...
  • Pəncərə
  • Biz öldük!
  • Daha gəlmə daha gəlmə!
  • Mən içimdən qaçıram.
  • Ozgeye vermeye ureyimmi var

  •  
       
     
    Ela yazirsiz ureyinize ellerinize sagliq
     
         
       
     
    superdi cooox gozeldi yenilerin gozleyirem
     
         
       
     
    Cox sagolun yazib paylasirsiniz biz oxucularinizda oxuyub bir nov istirahet edirik.inanin men seirlerinizi oxu-oxu doymaq bilmirem.Yazan elleriniz yorulmasin.
     
         
       
     
    Şair, sözün bitdiyi yer...
     
         
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.