Necəsən? » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Necəsən?
 


 Məhəbbət şerləri : Necəsən?




Bir gecə köz kimi düşdün könlümə
Açılan sabahım, danım necesən?
Niyə qərib etdin məni ömrünə
Can içrə can olan, canım necəsən?

Günəşə zülm etdin gecələrə qəsd
Çəkdin aramıza yenilməyən sədd
Məni dinləmədin eyləmədin cəhd
Keçməyən, ötməyən anım necəsən?

Hər insan üzündən gözündən baxan
Qəm eşqi qəlbimdə yandırıb yaxan
Ürəyim içində od kimi axan
Damarda qövr edən qanım necəsən?

Sən mənim öz yurdum, sevda məhbəsim
Sözümlə qəmləndi qəlbi hər kəsin
Mən səni oxudum kövrəldi səsim
Söhbətim, şöhrətim, şanım necəsən?

Divanə könlümün nərdi dözümü
Hicrin yalan etməz sevda sözümü
Bir dillən bir danış mən də özümü,
Dünyanın xoşbəxti sanım,necəsən?


 
Bənzər yazılar
  • Səni sevmək
  • Yaralı Əsgər
  • Sənə öz eşqimi deyə bilmədim
  • Deyil
  • Qaytar
  • Bu qədər sevdim səni...
  • Gəlsəydin
  • ***
  • Qoy məni gecələr ağlasın
  • Sənsən mənim qaynar əziz qəmli təbim!
  • Sözlərə çəkdim səni
  • Xəbər al indi
  • Yaşadım!
  • Getdi...
  • Sən...
  • Sən də unutdun məni
  • Pəncərə
  • Biz öldük!
  • Uğurlar olsun!
  • Ozgeye vermeye ureyimmi var

  •  
       
     
    gozeldi
     
         
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.