Sən gözəl bir baharın yaz çiçəyi idin » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Sən gözəl bir baharın yaz çiçəyi idin
 


 Məhəbbət şerləri : Sən gözəl bir baharın yaz çiçəyi idin

Sən gözəl bir baharın yaz çiçəyi idin
Mənim xoşbəxtliyim görməkdi səni
Qəlbimdə bu qədər böyük istəklə
Bölməkdi səni
Bir özgə ömürün astanasıyla
Sən gözəl bir baharın yaz çiçəyi idin
Yatmış bir taleyin ayılmasıyla
Bəzəkli idin
Əlçatmaz, ünyetməz olduğun qədər
Gərəkli idin
Mənim ümüd dolu səhərlərimə
Gündüzün özündə gizli sizlayan,
Gecənin gözündə par-par parlayan
Kədərlərimə.
Gərəkli idin
Günəşi əliylə tutub saxlayan
Məni ürəyimdən ərşə bağlayan
Zalım taleyin,
Sən gözəl bir baharın yaz çiçəyi idin
Köksümün ahında dumana düşən
Gündən günə təravətlə gözəlləşən
Sən gözəl bir baharın yaz çiçəyi idin...
***
Ovcumun köksünə sığınıb duran.
Bilirəm!
Mən səni itirəcəyəm
Gözümlə görmüşəm, mən bu baharı
Bilirəm!
Elə gözümdə də itirəcəyəm
Sən ləçək-ləçək ucalacaqsan
Sonra yarpaq-yarpaq qocalacaqsan
Görməyəcəyəm!...
Xatirən köksümü dağ-dağ, edəcək.
Düşünə-düşünə yaşayacağam
Sən gözəl bir baharın yaz çiçəyi idin
Sürünə-sürünə yaşayacağam
Sənin hər ümüddə izin qalacaq
Sənin hər arzuda izin qalacaq
Mən səni bir sabah axtaracağam
Sən məni bir gecə tapmayacaqsan
Küləyin köksüylə qaçsan şəhəri
Çatmayacaqsan!...
Mənim məzlum qalan zamanlarıma
Çatmayacaqsan!...
Sən gözəl bir baharın yaz çiçəyi idin
Mən səni bir sabah axtaracağam...
Sən məni bir gecə tapmayacaqsan.
 
Bənzər yazılar
  • Mənim ki, həyatım gözlərindədi
  • Sənin gəlişin...
  • Ən gözəli
  • Necəsən?
  • Üsyan
  • Yazma!
  • Qaytar
  • Gəlsəydin
  • Getmə gəl!
  • Sözlərə çəkdim səni
  • Sən də unutdun məni
  • Mənə bir əlvida yaz...
  • Yalannan...
  • Pəncərə
  • Bu sheherin yaz yagisi
  • yagis yagir yaz yagisi
  • Qayitma, qayitma...
  • Ozgeye vermeye ureyimmi var
  • Dondun
  • Gəldim

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.