Sən də ay sevgilim darıxacaqsan » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Sən də ay sevgilim darıxacaqsan
 


 Məhəbbət şerləri : Sən də ay sevgilim darıxacaqsan

Mənə bu ədayla baxmağın nədir
Gün gəlib həsrətin tənha qalacaq
Baxışın dünyanı dolanıb durar
Qəlbini bir zalım nisgil alacaq
Səssiz ürəyində cağıracaqsan
Sən də ay sevgilim darıxacaqsan

Yorğun qollarına dərd olacam dərd
Titrəyən əlinə səbəb axtarma
Mənsiz büküləcək o qamət o qədd
Min dəfə desən də ürək darıxma!
Səssiz ürəyində cağıracaqsan
Sən də ay sevgilim darıxacaqsan

Min arzu min ümüd öldürən gözəl
Günəşi, gündüzü söndürən gözəl
Yalandan gözünü güldürən gözəl
Baxıb aynalara ah çəkə-çəkə
Səssiz ürəyində çağıracaqsan
Sən də ay sevgilim darıxacaqsan

Peşiman sözünlə dinməyəcəksən
Hardayam necəyəm bilməyəvəksən
Bu məzlum halına ağlayacağam
Nə fayda gözümü silməyəcəksən
Səssiz ürəyində çağıracaqsan
Sən də ay sevgilim darıxacaqsan

Divanə eşqinə büründü qəlbin
Tükənib bitəcək susduqca səbrin
Səsin ürəyimə dərman kimidi
Düşünə-düşünə gəlməz ki, rəhmin
Səssiz ürəyində çağıracaqsan
Sən də ay sevgilim darıxacaqsan
 
Bənzər yazılar
  • Yoxdu
  • Sən gözəl bir baharın yaz çiçəyi idin
  • Sənin gəlişin...
  • Sözüm ürəyimin xətrinə dəyir
  • Tükənmərəm mən!...
  • Getdin
  • Ele bilirdinki...
  • Üsyan
  • Bu qədər sevdim səni...
  • Getmə gəl!
  • Məni unudasan deyə
  • Yaraşmadım qəlbinə
  • Düşünürəm səni
  • Yaşadım!
  • Sən də unutdun məni
  • Pəncərə
  • İtirdim
  • Görüş sevgilim mənimlə görüş...
  • Mənim əsl sevgilim
  • Ozgeye vermeye ureyimmi var

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.