Olmalıydın... » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Olmalıydın...
 


 Məhəbbət şerləri : Olmalıydın...

Bir gecə ömrünə tələsdi qismət
Demək ki, açılan dan olmalıydın
Kim bilərdi bax o gün bu məhəbbət
Gəlməli... Sən mənə can olmalıydın

Büründük sevdanın hər möhnətinə
Gəl indi döz görüm! döz töhmətinə
Sən xəyal dünyamın söz söhbətinə
Könlümdə bir tabım, kam olmalıydın

Bu dəli sevdamdan azca gileylən
Qismətin yolundan hayana qaçaq?!
Sən mənim qəlbimi sərxoş eyləyən
Ötməyən, keçməyən an olmalıydın

Olmalıydın, oldun! sevdik dəlicə,
Aləmdən gizlicə bizdən gizlicə
Axı kim bilərdi gəlişinlə sən
Tükənməz bir şöhrət şan olmalıydın

Divanə nəqlinə cəfa gərəkdi
Sevən ürəklərə səfa gərəkdi
Yorğun taleyimə vəfa gərəkdi
Sən nura boyayan şam olmalıydın

 
Bənzər yazılar
  • Mən öldüm deyə...
  • Sən gözəl bir baharın yaz çiçəyi idin
  • Mənim ki, həyatım gözlərindədi
  • ***
  • Tükənmərəm mən!...
  • Getdin
  • Səni sevmək
  • Necəsən?
  • Ele bilirdinki...
  • Üsyan
  • Bu qədər sevdim səni...
  • Gəlsəydin
  • Bir
  • Bağışlamaz
  • Getmə gəl!
  • Yaraşmadım qəlbinə
  • Eşq deyilsən!
  • Yalannan...
  • Pəncərə
  • Divanə

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.