Qara sətirli biri... » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Qara sətirli biri...
 


 Məhəbbət şerləri : Qara sətirli biri...

Mən qara sətirlərlə çəkdim
Baharın al əlvan çiçəklərini
Qara sözlərlə yazdım nurlu günəşi
Sözlərimdə coşan dənizin
Qara sətirlərdə soldu gülüşü
Sətrimə söz olan hər bir səni də
Elə qara yazdım...
Qaraya büründü sevinci də qəmi də
... və sən qara rəngdə sevdayla
Coşub daşırdın
Məğrur düşüncələrin ağuşunda
İstər payızında istər qışında
Bircə təsvirin vardı
Qara...
Qara sətirli biri...
Gəlib keçsəydin bu qismətdən
Mən səni yenə qara yazacaqdım
Hər coşğuyla, sevgiylə,
Sevinclə,  məhəbbətlə
Yenə qara rəngdə olacaqsan

***
Hər kəsin qəlbində azca da olsa
Qaralı bir sətir qalacaq səndən
Özüm də küsəndə bu bəxtdən
Qismətdən
Əlimə hər düşən bəyaz kağızın
Qaralı günləri başlayacaqdı.

***
Qara sətirli biri
Sən yenə qarala qarala dərd olacaqsan
Mənim ağ vərəqli fikirlərimə
Bircə ona sevin, bircə düşün ki,
Mən səni bəyazlar köksünə hərdən
Qara peşmanlıqlarla həkk edəcəyəm
Qara sətirli biri...
Səni bəyazlara yetirəcəyəm...
 
Bənzər yazılar
  • Mən öldüm deyə...
  • Yoxdu
  • Sən gözəl bir baharın yaz çiçəyi idin
  • ***
  • Yaralı Əsgər
  • Ele bilirdinki...
  • Mənim sevdiyim gözəl
  • Üsyan
  • Düşüncələr ağlamır gülüm
  • Gözlərində...
  • Getmə gəl!
  • Məni unudasan deyə
  • Sözlərə çəkdim səni
  • Yalannan...
  • Pəncərə
  • Biz öldük!
  • Senin gozlerinde dara dusurem... Yagisa dusurem qara dusurem
  • Sacimin aglarinda yatar qara gunlerim
  • Ana ureyi
  • Sensiz

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.