Sən gedəndən » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Sən gedəndən
 


 Məhəbbət şerləri : Sən gedəndən

Sən gedəndən ürək qərar tutmadı
Getdiyin o yollara bağırdım,
Bağırdım, geri çağırdım
Nə səsim sənə çatdı,
Nə sözlərim ovutmadı
Mən səni ciskinlərdə,
Yağışlarla ötürdüm
Küləklərlə gözlədim
Xəyalımda sevdiyin,
Ağ çiçəklər götürdüm
Qaçdım sənsizliyindən
Cırdım bəzən adını
Adsız gündəliyimdən
Sən gedəndən gözlədim
Səssiz göz yaşlarımı
Gözlərimdən utandım
Ovucumda gizlədim
Sən gedəndən görmədin
Zaman küsdü bəxtimdən
Yorğun addımla getmədi ki,
Süründü dizin dizin
Keçmədi ki, ötmədi ki,
Sən gedəndən yaşadım
Həsrəti, ömür kimi yaşadım
Yoxluğunu ağır bir yük kimi
Ürəyimdə daşıdım
Tükənmədim bitmədim
Sən gedəndə bilmədim
Gedənlər ölümsüzdü, ölmür
Gəlsən belə o deyilsən,
Öyrəndim!
Dönmür, gedənlər dönmür...
 
Bənzər yazılar
  • Gəl...
  • Qara sətirli biri...
  • Yoxdu
  • Mənim ki, həyatım gözlərindədi
  • Gedənin
  • Sözüm ürəyimin xətrinə dəyir
  • ***
  • Tükənmərəm mən!...
  • Yaralı Əsgər
  • Sənə öz eşqimi deyə bilmədim
  • Biz nahaqdan görüşmədik...
  • Ele bilirdinki...
  • Qaytar
  • Gülümsə!
  • Bağışlamaz
  • Yaraşmadım qəlbinə
  • Biz olmuşduq biz!
  • Getdi...
  • Sən də unutdun məni
  • Mənə bir əlvida yaz...

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.