Gözlədim səni... » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Gözlədim səni...
 


 Məhəbbət şerləri : Gözlədim səni...

Gözlədim səhərin şəfəqlərini
Payızın sərin mehini gözlədim
Al əlvan vidalı ləçəklərini
Səhərlərini gözlədim
Gözlədim səni
Hər ötən hər keçən günə sevindim
Baxmadım ömrümdən gunlər qoparır
Mən sənsiz məhv olan ilə sevindim
Gözlədim səni
Hər başıma gələn qəmi
Hər mənasız ötən dəmi
Gülemsər yolladım xatirələrə
Uzaqdan boylandım səadətlərə
Gözlədim səni
Qaranlıq gecələr qorxutmaz məni
İçimdə sən dolu səhərlərim var
Ağlayıb gözümə zülüm etmədim
Bildim ki, bir kimsə ovutmaz məni
Gözlədim səni
Gözlədim gözünün sevinclərini
Həsrətin könlümü köz köz eylədi
Səpildim sətirlə, bəyazlara mən
Məhəbbət sükutu söz söz eylədi
Köçürdüm sıralı kağızlara mən
Gözlədim səni
Yuxular uzağım, irağım oldu
Yolları gözümlə uğurlamışdım
Məhəbbət sönməyən çırağım oldu
Gözlədim səni
Divanə qəlbimə elə eşq idin
Bu dəli sevdamla nəhəngdən nəhəng
Dağlara tay bildim hərdən özümü
Bağrımdan keçirdi gəldiyin yollar
Mən sənə açdığım sevdalı qollar
Tükənib bitməyə haqqı da yoxdur
Gözüm bu dünyada o qədər toxdur
Əlimi nemətdən sərvətdən çəkib
Yalnız ürəyimə ümüdlər əkib
Gözlədim səni
Səni gözlədim!
 
Bənzər yazılar
  • ***
  • Yenə gəlmədin
  • Saxla məni gözlərinin nəmində
  • Sən gedəndən
  • Sənə doğru
  • Qara sətirli biri...
  • Yoxdu
  • Mənim ki, həyatım gözlərindədi
  • Sənə öz eşqimi deyə bilmədim
  • Biz nahaqdan görüşmədik...
  • Mənim sevdiyim gözəl
  • Gözlərində...
  • Qaytar
  • Getdim!
  • Sözlərə çəkdim səni
  • Yaraşmadım qəlbinə
  • Getdi...
  • Pəncərə
  • Sənin adın sevgiydi
  • ***

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.