*** » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » ***
 


 Məhəbbət şerləri : ***

Mən səni ilk dəfə qəm yazmalıydım
Qaçqın röyalara dönməmək üçün
Gərək ki, ilk başdan yol azmalıydım
Səni tanımayıb görməmək üçün

Əzəli əcəllə öləydin keşkə
Ey mənim qəlbimə qəm olan sevdam
Min bir fikir kimi qarmaqarışıq
Qaralı saçıma dən olan sevdam

Gərək ki, yox kimi yox davranaydı
İndi ümüdsüzcə döyünən ürək
Yalançı duyğuya tox davranaydı
Nağıl sözlərinlə öyünən ürək

İndi zəfər kimi ucaldın alqış!
Yorğun dizlərimdə dözüm tükəndi
Əyildi qamətim, güc aldın alqış!
Acı bir sükutam, sözüm tükəndi

Məni qəm eylədin mənsiz buraxdın
Ocağın üstündən köz düşən kimi
Divanə uçurum başından düşdü
Səssiz dodağından söz düşən kimi


 
Bənzər yazılar
  • ***
  • Sevdam
  • ***
  • Gözlədim səni...
  • Atardın məni
  • Sənə doğru
  • Olmalıydın...
  • Sən də ay sevgilim darıxacaqsan
  • Yoxdu
  • Qəfəsdəyəm dost
  • Tükənmərəm mən!...
  • Getdin
  • Necəsən?
  • Sənə öz eşqimi deyə bilmədim
  • Ele bilirdinki...
  • Üsyan
  • Gəlsəydin
  • Yaraşmadım qəlbinə
  • Ana
  • Getdi...

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.