*** » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » ***
 


 Məhəbbət şerləri : ***

Gozümün sevdalı baxışına yox
Saçımın bu vaxtsız dəninə baxdı
Qəlbimin şeirtək naxışına yox
Narahat titrəyən əlimə baxdı

Baxdı cisim kimi baxdı can kimi
O mən də dağ qədər eşqi görmədi
Adidən adiyəm yad insan kimi
Yanan ürəyimlə sevda bölmədi

Soyuq baxışları ədalı idi
Gözünün önündə kiçildim bitdim
Mən onu bu qədər zalım bilməzdim
Əzilmİş eşqimlə sürünüb getdim

Mən ona hər gedən sərt addımımda
Mənsiz bir dünya əta etmişəm
Səssiz baxışımla söyləmişəm ki,
Bagışla sevmişəm xəta etmişəm

Divanə eşqinin pərvazı oldu
Çəkildi, yığıldı ömründən sənin
Mənim sən adında dərdim böyükdü
Bilirəm yoxluğum olmaz ki, qəmin


 
Bənzər yazılar
  • Sevdam
  • ***
  • Yenə gəlmədin
  • Sənə doğru
  • Sən də ay sevgilim darıxacaqsan
  • Yoxdu
  • Gedənin
  • Qəfəsdəyəm dost
  • ***
  • Getdin
  • Yaralı Əsgər
  • Sənə öz eşqimi deyə bilmədim
  • Biz nahaqdan görüşmədik...
  • Üsyan
  • Qaytar
  • Getdim!
  • Eşq deyilsən!
  • Ana
  • Sən də unutdun məni
  • Pəncərə

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.