*** » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » ***
 


 Məhəbbət şerləri : ***

Səsin yuxularda gəzir dolaşır
Sözün arzularda yanır alışır
Solan çiçəklərlə bahar barışır
Yenidən yenidən əkə bilməzsən

Ürəyimi qovub getmək istəsən
Gözlərimi ovub getmək istəsən
Bir səni danışan baxışlarımı
Üzündən gözündən sökə bilməzsən

Soyuq gecələrə od sala bildin
De necə etinasız sən qala bildin
Bax elə zirvədə yer ala bildin
Dünya viran qalar, çökə bilməzsən

Susub arzulara divan eyləmə
Səni sətir sətir şeir yazaram
Uçurub könlümü viran eyləmə
Qorxuram sonradan tikə bilməzsən

Divanə eşq ilə bir yuva qurdum
Sənsizlik önündə nər oldum durdum
Köksümə o qədər dərd yığasan ki,
Sən mənim dizimi bükə bilməzsən

 
Bənzər yazılar
  • Nə üçün
  • Sənə eşq ətirli şeir yazmışam
  • ***
  • Sevdam
  • Yenə gəlmədin
  • Gözlədim səni...
  • Mən öldüm
  • Sənə doğru
  • Qara sətirli biri...
  • Yoxdu
  • Qəfəsdəyəm dost
  • ***
  • Getdin
  • Necəsən?
  • Sənə öz eşqimi deyə bilmədim
  • Qaytar
  • Bu qədər sevdim səni...
  • Sənsən mənim qaynar əziz qəmli təbim!
  • Məni unudasan deyə
  • Sən...

  •  
       
     
    cox gozel
     
         
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.