O məni belə sevdi » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » O məni belə sevdi
 


 Məhəbbət şerləri : O məni belə sevdi

O məni belə sevdi
Əzbərlədi ilk başdan
Oxudu sətir-sətir
Cümlə- Cümlə
Bilirəm ki, hələ
Yadındayam!
Sitatlarım var onda
Ən sevdiyi
Kitablarım var onda
O məni belə sevdi
Öncə hərfləri
Sonra kitab qoxan vərəqləri
Yazmağı,
Oxumağı
Mənim kimi özünə
Ayrı bir dünya qurmağı
Öyrəndi , öyrəndi
Mənim sətir sevgimə
Hamıdan çox güvəndi
O məni belə sevdi...
Bənzətdi yarpaqlara
Payızda budaqlara,
Sönməyən ocaqlara
Çırağ kimi nur oldum
Ömrünün bir küncündə
Bax haçan uzatsaydı əlini
Ovucunun içində
Yenədə mən
Köməyinə gəlirəm
Gəlirəm...
Gəlirəm kimi düşündü
Xoşbəxt kimi göründü
O məni belə sevdi...
 
Bənzər yazılar
  • ***
  • Sənə eşq ətirli şeir yazmışam
  • ***
  • ***
  • Sən gedəndən
  • Sənə doğru
  • Mən öldüm deyə...
  • Yoxdu
  • Ən gözəli
  • Tükənmərəm mən!...
  • Yaralı Əsgər
  • Mənim sevdiyim gözəl
  • Bir
  • Ana
  • Pəncərə
  • Mənim əsl sevgilim
  • Divanədən...
  • Sevdi
  • Ozgeye vermeye ureyimmi var
  • Denizim

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.