Gedirdi... » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Gedirdi...
 


 Məhəbbət şerləri : Gedirdi...

Gedirdi...
Taleyin yolundan döndü ömrümə
Ürək cox sevindi bəxtiyar oldu
Söz verdi, tutundu əhdi yar oldu
Gedirdi...
Xəbərsiz yolunu kəsmişdim mən də
Hər sözüm üstündə səssiz küsəndə
Sanırdım diqqəti söhbəti mənəm
Gedirdi..
Yolunun səssizcə sükunətiydim
Nə bilsəm?! həyata küdurətiydim.
Gedirdi...
Söz oldum sözlərə baxdı boylandı
Ağ vərəq üstündə qara boyandı
Qəfil yuxusuydum durdu, oyandı
Gedirdi...
Əlimdə, gözümdə yoxdu bir izi
Səsi xatirimdədi bir də bənizi
Coşdurub qəlbimdə yatmış dənizi
Gedirdi...
Hacansa, hardasa görsəm demərəm
Ölərəm mən onsuz, ölsəm demərəm
Ondan bir addımlıq vida payımı
Nə bildim nə gördüm nə istəmərəm
Gedirdi...
Saçını küləyin əlindən alıb
Bir ömür həsrətlə, ayrılıq salıb
Yolun ən çətini ən qəliziylə
Geriyə gəlməyən get gəlməziylə
Gedirdi...
Divanə ömründən çıxdı bu yollar
Onu da məni də yıxdı bu yollar
Gedirdi..
 
Bənzər yazılar
  • Gördüm
  • Nə üçün
  • Yuxusuz yolunu gözləyən şəhər
  • ***
  • Yenə gəlmədin
  • Gözlədim səni...
  • Sən gedəndən
  • Qara sətirli biri...
  • Mən öldüm deyə...
  • Yoxdu
  • Sənin gəlişin...
  • Sözüm ürəyimin xətrinə dəyir
  • Qəfəsdəyəm dost
  • Tükənmərəm mən!...
  • Getdin
  • Səni sevmək
  • Üsyan
  • Yaşa bəxtiyar! Yaşa bəxtiyar!
  • Getdi...
  • Yalannan...

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.