*** » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » ***
 


 Məhəbbət şerləri : ***

Mən səni gözümün nuruyla yazdım
Saçımın dəniylə sipərin oldum
Əlinin heçıylə hədərin oldum
Uçurdum sinəmdən min bir dərdini
Səssiz bir ahımla dayaqdım dayaq
Əydin inadınla mənim qəddimi
Sən indi yatırsan mən isə oyaq,
Düşünüb, düşünüb divan edirəm
Kül ocaq yerində qor gözlərimə
Hərdən ürəyimdə güman edirəm
Kimsə dəli deyər bu sözlərimə
Mən səni özümdən uydurdum sanki
Dünyada sən deyə biri olmadı
Düşündüm mənimtək sən də hacan ki,
Sevərsən, duyarsan əzablarımı
Ölünün can üstdə çırpındığıtək
Mənim bu taleyə inadlarımı
Duyarsan düşündüm, bilərsən dedim
Hardasa özünçün yaşayanda sən
Mən içimi diddim, özümü yedim
Düşməntək xəyalın məni səsləyir
Hər gün varlığına yenildim biraz
Divanə köksündə qənim bəsləyir
Daha bu dünyada bəxtiyar olmaz
 
Bənzər yazılar
  • ***
  • Nə üçün
  • Yuxusuz yolunu gözləyən şəhər
  • Sevdam
  • Yenə gəlmədin
  • Mən öldüm deyə...
  • Yoxdu
  • Qəfəsdəyəm dost
  • Tükənmərəm mən!...
  • Getdin
  • Yaralı Əsgər
  • Sənə öz eşqimi deyə bilmədim
  • Qaytar
  • Bu qədər sevdim səni...
  • Məni unudasan deyə
  • Getdim!
  • Sözlərə çəkdim səni
  • Yaraşmadım qəlbinə
  • Eşq deyilsən!
  • Pəncərə

  •  
       
     
    Как без труда развести девушку на секс: http://seo-swat.ru//g9bVJ .
     
         
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.