*** » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » ***
 


 Məhəbbət şerləri : ***

Gün gələr, ürəyin axtarar məni
Gecənin bir vaxtı qəribsəyərsən
Xatirəm qəlbinə divan edəndə
İnadkar gülüşlə gülümsəyərsən


Bir isti ocaqda , bir yorğun çiyin 
Pərişan saçına gərək olacaq
Aləmdən, özündən qaçanda yerin
Sinəmdə döyünən ürək olacaq

Dünyanın işini bilmək də olmur
Bu ömür keçirsə yazanı da var
Sən küknar deyilsən sərv ki deyilsən
Baharlı günlərin xəzanı da var

Divanə qəlbimə dərd etdim səni
Gözlərim yol çəkir, addımlayırsan
Xəyalın deyirki hələ də məni
Səssiz bir ah ilə xatırlayırsan

 
Bənzər yazılar
  • Böyük xəzan yarpağına ithaf...
  • Yay düşüncələri
  • ***
  • Gördüm
  • Səninlə bir ömür, sevgiyə dönür
  • ***
  • Yenə gəlmədin
  • Gözlədim səni...
  • Sən gedəndən
  • Gəl...
  • Yoxdu
  • Sözüm ürəyimin xətrinə dəyir
  • ***
  • Tükənmərəm mən!...
  • Üsyan
  • Bu qədər sevdim səni...
  • Eşq deyilsən!
  • İçimdən asdım birini
  • Pəncərə
  • Ozgeye vermeye ureyimmi var

  •  
     Rəy daxil et
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik şifrəsini göstərmək üçün bu şəkli qoş
    Şifrə görsənmirsə yenilə
    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.