Məhəbbət şerləri » Səhifə 10 » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Səhifə 10
 


 Məhəbbət şerləri : Olmalıydın...

Bir gecə ömrünə tələsdi qismət
Demək ki, açılan dan olmalıydın
Kim bilərdi bax o gün bu məhəbbət
Gəlməli... Sən mənə can olmalıydın

 
 Məhəbbət şerləri : Mən öldüm deyə...

Mən öldüm deyə dəyİşmədi bu şəhər
Günəş yenə isidir bu buz torpağı
Səhər yenə gəlir,
Yaşayan ömrünün pəncərəsinə
Mən öldüm deyə gecədən ay da küsmədi
Nə bu yollar nə də ağaclar düşünmədi
Biri vardı deyə...


 
 Məhəbbət şerləri : Sən də ay sevgilim darıxacaqsan

Mənə bu ədayla baxmağın nədir
Gün gəlib həsrətin tənha qalacaq
Baxışın dünyanı dolanıb durar
Qəlbini bir zalım nisgil alacaq
Səssiz ürəyində cağıracaqsan
Sən də ay sevgilim darıxacaqsan

 
 Məhəbbət şerləri : Yoxdu

Baxışın içində olmadı yerim
Səsini gətirən küləyim yoxdu
Nədəndi bu qədər zülm eləyirsən
Dözüb tab edəcək ürəyim yoxdu

Əlinin tumarı qəribsəmir ki,
Çəkdiyin səddlərin nə üçün çoxdu
Gözün gözlərimə gülümsəmir ki,
Bilirsən bir ayrı diləyim yoxdu

 
 Məhəbbət şerləri : Xatirim eşqinə

Xatirim eşqinə
Gülümsə bir az
Gözlərin bir günəş kimi
Elə uzaqlardan parıldasın ki,
Qaranlıq dünyama
Bir işiq olsun
Danış...
Xatirim eşqinə pıçılda
Həzin bir musiqi ol,
Dinmeyen arzular
Dinmeyen yuxular kimi
Danıs və səslən
Çağır!

 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.