Məhəbbət şerləri » Səhifə 2 » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Səhifə 2
 


 Məhəbbət şerləri : Bir də görəcəksən günün birin də

Bir də görəcəksən günün birin də
Zalım həsrətinə yenildi ürək
Daha baxışının qaçdığı ünvan
Ovcunu əlinə acdığı insan
Bir də görəcəksən günün birin də
Susqun baxışıyla donuq gözüylə
Sənin inadına yoxdu qərarı
Biqərar qoyduğun o vəfadarı
Bir də görəcəksən günün birin də
Özün öz əlinlə dəfn eyləmisən
Bir məzar ömürün dar qəfəsində
Bir də görəcəksən günün birin də
Zamanın üstünə əliboş gedən
Nələri itirdin anlayacaqsan
Nələri bitirdin aglayacaqsan
Bir də görəcəksən günün birin də...
 
 Məhəbbət şerləri : ***

Tüstülənən ürəyimlə ah çəkirəm
Görən yoxdu
Küskünləşən gözlərimlə yol çəkirəm
Dönən yoxdu
Mən hər gecə ölürəm ki,
Hər sabahı sənin üçün açım yenə
Nə yazıq ki, ay Divanə
Nə ağır dərd, sübhə kimi
Nə yazıq ki, bircə gecə 
Sənin üçün ölən yoxdu

 
 Məhəbbət şerləri : ***

Köksümdə bir eşq var haray qoparır
Köksümün dərdinə qalma sevgilim
Ömrümdə hər gecə, bir gün aparır
Danma sevgilim
Səndə məni öldürmək istəyirsən
Tanrı bacarığı varmış səndə
Əlini yaxın gətir,
Əlindən öpüm
Mənə bu dünyada ölüm
Qoy səndən olsun

 
 Məhəbbət şerləri : Ölüm səndən doğmadı

Ölüm səndən doğmadı
Ölüm səndən yaxın
Ölüm...
Ölüm ele bir röyadır
Yatmaq istəyirəm arzularımla
Xatırlamayam səni
Mən elə bax orda, bax ele orda
Arzulamayam səni
Ölüm səndən yaxındı
Ölüm səndən doğma
Bu cavanlıq çağıma
Səndən çox ölüm yaraşdı

 
 Məhəbbət şerləri : ***

Gün gələr, ürəyin axtarar məni
Gecənin bir vaxtı qəribsəyərsən
Xatirəm qəlbinə divan edəndə
İnadkar gülüşlə gülümsəyərsən


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.