Məhəbbət şerləri » Səhifə 4 » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Səhifə 4
 


 Məhəbbət şerləri : O məni belə sevdi

O məni belə sevdi
Əzbərlədi ilk başdan
Oxudu sətir-sətir
Cümlə- Cümlə
Bilirəm ki, hələ
Yadındayam!
Sitatlarım var onda
Ən sevdiyi
Kitablarım var onda
O məni belə sevdi
Öncə hərfləri
Sonra kitab qoxan vərəqləri
Yazmağı,
Oxumağı
Mənim kimi özünə
Ayrı bir dünya qurmağı
Öyrəndi , öyrəndi
Mənim sətir sevgimə
Hamıdan çox güvəndi
O məni belə sevdi...


 
 Məhəbbət şerləri : ***

Səsin yuxularda gəzir dolaşır
Sözün arzularda yanır alışır
Solan çiçəklərlə bahar barışır
Yenidən yenidən əkə bilməzsən



 
 Məhəbbət şerləri : Soyuq otağımın qaranlığında

Özgə sevinciylə təsəlli verdi
Ömrümdə dadı yox cavanlığın da
Mən neçə gündüzü gecə elədim
Soyuq otağımın qaranlığında
 
 Məhəbbət şerləri : Məni unutma

Bəlkədə nə vaxtdı yaddaşın da boş
Fikrində boşluqdur ürəyin də boş
Məni boşluqlarda axtar sevgilim
Boşluğum içində məni unutma
 
 Məhəbbət şerləri : Səninlə bir ömür, sevgiyə dönür

Hər səhər köksümün qanadlarında
Səninlə bir ömür, sevgiyə dönür
Ruhumun dünyaya inadlarında
Səninlə bir ömür, sevgiyə dönür
 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.