Məhəbbət şerləri » Səhifə 7 » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Səhifə 7
 


 Məhəbbət şerləri : ***

Gozümün sevdalı baxışına yox
Saçımın bu vaxtsız dəninə baxdı
Qəlbimin şeirtək naxışına yox
Narahat titrəyən əlimə baxdı


 
 Məhəbbət şerləri : ***

Bax bütün yolların əvvəli sənsən
Hayana getsəm də, sonu səndədi
Günəşi boylanan hər bir səhərin
Ruhumu isidən odu səndədi

Həyatı sağikən yaşayır insan
Sağlığın eşqinə yağır təriflər
Sağ olan ömürdə keçərkən zaman
Cismimin yaralı solu səndədi

 
 Məhəbbət şerləri : Sevdam

Gözümdən ömrümə divan eylədi
Bu mənim yaralı, dualı sevdam
Bir baxsan intizar mənə neylədi
Ay mənim özümdən havalı sevdam

 
 Məhəbbət şerləri : ***

Köksümü gen açdım həsrətinə mən
Öpüb gözlərindən basdım bağrıma
Ürəyə dedim ki, ürək ağrıma!
O mənim sevdamın əmanətidi
Qəlbimin sən adlı əsarətidi

Bağrımın başında sızladı neytək
Sənsiz günlərimin ölüm fəqanı
Tükənən can olar, tükənməz istək
Əzabın qəlbimin fəxarətidi
Bu sənin zülmünün ədalətidi

 
 Məhəbbət şerləri : Gözlədim səni...

Gözlədim səhərin şəfəqlərini
Payızın sərin mehini gözlədim
Al əlvan vidalı ləçəklərini
Səhərlərini gözlədim
Gözlədim səni
Hər ötən hər keçən günə sevindim
Baxmadım ömrümdən gunlər qoparır
Mən sənsiz məhv olan ilə sevindim
Gözlədim səni
Hər başıma gələn qəmi
Hər mənasız ötən dəmi
Gülemsər yolladım xatirələrə
Uzaqdan boylandım səadətlərə
Gözlədim səni

 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.