Məhəbbət şerləri » Səhifə 8 » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Səhifə 8
 


 Məhəbbət şerləri : ***

Mən səni ilk dəfə qəm yazmalıydım
Qaçqın röyalara dönməmək üçün
Gərək ki, ilk başdan yol azmalıydım
Səni tanımayıb görməmək üçün

Əzəli əcəllə öləydin keşkə
Ey mənim qəlbimə qəm olan sevdam
Min bir fikir kimi qarmaqarışıq
Qaralı saçıma dən olan sevdam

 
 Məhəbbət şerləri : ***

Vəfasız könlünün odu da söndü
Mənim bu ruhumu kim isidəcək
Arzular yaralı quşlara döndü
İndi kim sağaldıb kim dirildəcək

 
 Məhəbbət şerləri : Yenə gəlmədin

Səhərlər gözlədik ürək də, mən də
Gecələr can verdi qəm pəncərəmdə
Fikirlər dünyanın həndəvərində
Dolandı bilmədin, yenə gəlmədin

 
 Məhəbbət şerləri : Saxla məni gözlərinin nəmində

Mən sevirəm payızların üzünü
Yağışlarla pıçıldayan sözünü
Qıymadınsa gülüşünə sevgilim
Saxla məni gözlərinin nəmində
Bu sevdanın iz buraxmış qəmində

 
 Məhəbbət şerləri : Mən öldüm

Mən öldüm
Ürəyimdə nə vaxtdı.
Harayıma göylər gəldi
Bilmədin
Sorağımı küləklər də bağırdı
Dinmədin
Mən öldüm

 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.