Divanə - www.DİVANEden.com » Səhifə 11
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » Səhifə 11
 


 Məhəbbət şerləri : Yoxdu

Baxışın içində olmadı yerim
Səsini gətirən küləyim yoxdu
Nədəndi bu qədər zülm eləyirsən
Dözüb tab edəcək ürəyim yoxdu

Əlinin tumarı qəribsəmir ki,
Çəkdiyin səddlərin nə üçün çoxdu
Gözün gözlərimə gülümsəmir ki,
Bilirsən bir ayrı diləyim yoxdu

 
 Məhəbbət şerləri : Xatirim eşqinə

Xatirim eşqinə
Gülümsə bir az
Gözlərin bir günəş kimi
Elə uzaqlardan parıldasın ki,
Qaranlıq dünyama
Bir işiq olsun
Danış...
Xatirim eşqinə pıçılda
Həzin bir musiqi ol,
Dinmeyen arzular
Dinmeyen yuxular kimi
Danıs və səslən
Çağır!

 
 Məhəbbət şerləri : Sən gözəl bir baharın yaz çiçəyi idin

Sən gözəl bir baharın yaz çiçəyi idin
Mənim xoşbəxtliyim görməkdi səni
Qəlbimdə bu qədər böyük istəklə
Bölməkdi səni
Bir özgə ömürün astanasıyla
Sən gözəl bir baharın yaz çiçəyi idin
Yatmış bir taleyin ayılmasıyla
Bəzəkli idin
Əlçatmaz, ünyetməz olduğun qədər
Gərəkli idin
Mənim ümüd dolu səhərlərimə

 
 Məhəbbət şerləri : Mənim ki, həyatım gözlərindədi

 
Necə qıydın ey yar qoydun ağlayam
Sənin yoxluğunu çəkəm hər gecə
Nə edəm bu bəxtə ümüd bağlayam?!
Dinməyim, deməyim desən ki, necə?!
Bu acı fərağım gözlərindədi
Mənim ki, həyatım gözlərindədi
 

 
 Məhəbbət şerləri : Sənin gəlişin...

Bir yaz gecəsiydi
Sənin gəlişin...
Sakit küləkli yağış səsiydi
Zülmət qaranlıq,
Səssiz..
Ömür mənzərəsiydi.
Sənin gəlişin...
Əlimdə bir ovuc ömür payımla
Yorgun günlərimlə,
Yorğun bir yaz ayımla
Üz-üzə dərdləşməsiydi
Sənin gəlişin...


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.