Divanə - www.DİVANEden.com » Səhifə 13
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » Səhifə 13
 


 --- : Qəfəsdəyəm dost

Ömrün içimdə tükənməz ağrıları
Varlığıma zülm eyləyir, 
Bu həyatın doğruları
Mən özümdə qocalmadan tükənmişəm
Almadığım son nəfəsdəyəm
Qəfəsdəyəm dost!...


 
 Məhəbbət şerləri : ***

Məni bu intizarla çəkdin sınağa

Yuxusuz gecəyəm günəşsiz səhər

Payızam!... ağlayır məni yağışlar,

Nisgilli baxışam üzümdə qəhər


 
 Məhəbbət şerləri : Tükənmərəm mən!...

Bir sətir gülüş
Bir xəyali sən
Bir baxış göndərsən,
Dünyanın uzaqlarından
Mən bu ayrılığa divan edərəm
Hardasa səsinlə danişsa yağış
Dözərəm! duraram
Gələrsən,gələrsən güman edərəm


 
 Məhəbbət şerləri : Getdin

Sən ey yollarından xəbər aldığım
Məni torpağına tapşırıb getdin
Ömrümün gündüzü çəkilib itdi
Şövqüylə inadkar yarışıb getdin

An oldu qəlbimə divan eylədi
Gün oldu eşqini güman eylədi
Həsrətin gözümü ümman eylədi
Qəfil sularına qarışıb getdin


 
 Məhəbbət şerləri : Səni sevmək

Səni sevmək...
Ümüd deməkdi
Sakitlik deməkdi, sükut deməkdi
Səni sevmək
Ömür deməkdi
Kömür deməkdi divarlarda
Adının üstünə adımı gəlmək
Həll etmək...
Məhəbbəti tapmaq deməkdi


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.