Divane Dunyası » Səhifə 3
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade

Kartınızı Oluşturun
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi
 


 Məhəbbət şerləri : Düşünürəm səni



Düşünürəm səni...
Səsinin qulağıma gəlir kimi təsvirini düşünürəm
Gülüşünü yamsılayır fikirlərim, xəyallarım
Düşünürəm səni...
Baxışlarım gözünədək yol yeriyir.
Ruhum uçur ürəyinin hənirinə
Nə biləsən ürəyimin dərdi nıdri qənimi nə
Sən ey mənim təsəllim,
Düşünürəm səni...
Günü günə calayıram,
İl olurki od yerinə qalayıram xatirimdə

***
Gecə yatır...
Mən yatmıram.
Əldən salıb fikir məni
Düşünürəm səni...


 
 Məhəbbət şerləri : Biz olmuşduq biz!



Yalandan sevincin gözünə girdik
Xoşbəxtik bağırdıq bir birimizə
Qürurlandıq ucaldıq
Güc aldıq!
Boyandıq dünyanın yaşıllarına
Baharda çiçək dedik bizə, biz!
Sevgiyə ürək dedik
Kədərə gülək dedik bizə biz
Dilək dedik
Həyatın ayina, gününə...



 
 Məhəbbət şerləri : Eşq deyilsən!



Eşq deyilsən!
Zəfər çalsın inadların
Yox deməyim həmdəmimsən,
Qəmə düşər qanadların
Bahar nədir?! gəldi gedər...
Çiçək nədir solar bitər
Həyat deyil gülüşlərin
Bitə bilər
Xəyal deyil görüşlərin
İtə bilər


 
 Məhəbbət şerləri : Yaşa bəxtiyar! Yaşa bəxtiyar!



Həyatın şirinli dadısanmış sən
Qədrini, qəhəri udanda bildim
İndi, nəyə ömür deyim nəyə gün deyim
Adısanmış sən
Mənim taleyim!
Qəddimə qəddar
Yaşa bəxtiyar yaşa bəxtiyar!


 
 Ana : Ana



Məni bu dünyaya bağlayan insan
Varsan!
Yaxşı ki, varsan!
Səni ərz eyləməyə dilim tükənməz
Ölərəm min dəfə bir qəm baxışında
Ölüm tükənməz
Ana!
Varsan!
Yaxşı ki, varsan!


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur