Divane Dunyası » Səhifə 4
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade

Kartınızı Oluşturun
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi
 


 Məhəbbət şerləri : İçimdən asdım birini



İçimdən asdım birini
Ey arzular günah etdi
Buraxmayın kəndirini
O dağ çiçəyini
Bahar ətrini
İçimdən asdım birini
Zülfü küləklərin əlinə keçdi sardı aləmi
Ey ürək sitəmi dil, qəmi
İçimdən asdım birini
Gözümdə gördüyüm aləmdən nişan
Halı pərişan könlü pərişan
Düşündükcə təsvirini
İçimdən asdım birini

 
 Məhəbbət şerləri : Yaşadım!


Yaşadım doğrudur, yaşadım gəl ki, bir gör
Sağdır ürəyim, sağdır yox sandığın məhəbbətim də,
Gözünü yumduğun anda dayanaq
Məni bir dinlə,
Yaşadım sənsiz!
Her gecə sabahın üzünü gördüm
Aldanıb ömrümü vermişdim sənə
Ayıldım həyatın düzünü gördüm
Yaşadım sənsiz!
Qərib, kimsəsiz
Düşdüm bu yolların ağına
Her nəfəs yerinə dağ çəkdim qəlbə
Döndüm həsrət çağına
Yaşadım!



 
 Şerlər : Gözəldi



Nə qədər ağlasa deyirəm əhsən!
Kamanın nitqin də zar da gözəldi
Güvənli dağları qınamıram heç
Zirvələr üstün də qar da gözəldi

Könlümə xoş idi hər ədası da
Hər acı sözünə dəva demişdim
Eşqin ən ucası mübtəlası da
Vəfasız bir zalım yar da gözəldi

 
 Dəli duyğular : Getdi...



Sevmişdim! Eşqimin gözündən düşdü də getdi. Yandı bir kərə! Gözümün qəmindən bezdi, usandı. Küsdü də getdi. Bacardı vallah qeherden divarlar tikib hörməyi, bir qəlbi ikiyə bölməyi, onu ayrı sevməyi məni ayri sevməyi bacardı getdi... Susdu sözləri, bağırdım çağırdım səslədim də boş! Küsdü gözləri. Getdi...


 
 Məhəbbət şerləri : Sən...



Ürəyimdə sətirləndin
Sıralandın qatar qatar
Sən könüldə taxtı olan
Ey gül üzlü, ey bəxtiyar!
Al qan oldu bağrım mənim
Nə dillənəm?! deyəm səni...


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur