Divane Dunyası » Səhifə 6
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Dostum ol
Divane Rehmanzade

Kartınızı Oluşturun
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi
 


 Məhəbbət şerləri : Nə varki?!



Can demişdim, ayrılardım özümdən
Çox qırardım arzuların xətrini
Bax arxanca boylandiqca kövrələn
Yetim könlüm, ağlamasa nə varki?!

Çəkdirərdim həsrətimin dadını
Axtarardın çox çox doğma yadını
Gecə gündüz sözüm sənin adını
Yaza-yaza çağlamasa nə varki?!


 
 Məhəbbət şerləri : Arzular...




Qanad alıb zirvəsindən uç ürək!
Dedimki bu həyatda məhəbbətsiz,
Yaşamaq da, ölmək də puç, ürək!
Sevgi dolu baxışından anladım
Yetim qalıb ürəyində suallar
Yaşat məni, yaşat yaşat arzular...

Mən bu gecə atəşimdən almışam
Sevgimizin dağ yenəcək gücünü
Bilirsənmi vərəqlərə yazmışam
Gah silmişəm mən sevirəm sözünü
Gerçək olur, dilədikcə yuxular
Yaşat məni, yaşat yaşat arzular...


 
 Şerlər : Dünyanın qəmləri məni axtarır



Nə qədər üzünü yana tutsada
Boğub qəhərini gizli udsada
Məni can evimdən tükədən bilir
Sevincim ar edib bir an dursada
Dünyanın qəmləri məni axtarır

Yox, daha ürəkdən keçən arzular
Gör neçə ürəkdən uçub ayrılan,
Bu dəli könlümü seçən arzular
Özünü bu qədər yormasın neynim
Dünyanın qəmləri məni axtarır


 
 Sayt xəbərləri : Serhlerdeki problem aradan qaldirildi

Salam Hormetli Oxucularim!
Uzun zamandir saytda serh yazma problemi olub ona gore haminizdan uzr isteyirem!
Artiq bu problem aradan qaldirildi oz fikirlerinizi yaza bilersiniz. Sizin fikirleriniz ucun cox darixmisam...
Divane...

 
 Məhəbbət şerləri : İtirdim



Səssiz gecə...
Ömür sirli bir bilməcə
Axtarıram fikrim çatan hər bir yanı
Min bir yere yozur qelbim
Sənin məndən gedən anı
Ürəyimdə sözüm deyir
Uzaqlardan dönüb gələn,
Gözüm deyir
İtirdim!
Səni...
Arzulara tapılmayan o məlhəmi
İtirdim...


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur