Divanə - www.DİVANEden.com » Səhifə 9
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » Səhifə 9
 


 Məhəbbət şerləri : Saxla məni gözlərinin nəmində

Mən sevirəm payızların üzünü
Yağışlarla pıçıldayan sözünü
Qıymadınsa gülüşünə sevgilim
Saxla məni gözlərinin nəmində
Bu sevdanın iz buraxmış qəmində

 
 Məhəbbət şerləri : Mən öldüm

Mən öldüm
Ürəyimdə nə vaxtdı.
Harayıma göylər gəldi
Bilmədin
Sorağımı küləklər də bağırdı
Dinmədin
Mən öldüm

 
 Məhəbbət şerləri : Sən gedəndən

Sən gedəndən ürək qərar tutmadı
Getdiyin o yollara bağırdım, 
Bağırdım, geri çağırdım
Nə səsim sənə çatdı, 
Nə sözlərim ovutmadı
Mən səni ciskinlərdə,
Yağışlarla ötürdüm
Küləklərlə gözlədim
 
 Məhəbbət şerləri : Atardın məni

Sonda öz eşqinə layiq görmədin
Nədən azadlıqdan qopardın məni
Gözünə qıymadın bəs onda niyə
Yatıb yuxulara apardın məni

 
 Məhəbbət şerləri : Sənə doğru

Baxışımın göz ünvanı
Sənə doğru ...
Ürəyimin söz ünvanı
Sənə doğru ...
***
Arzular da qanad açdı
Ümüdlər də işıq oldu
Şəfəq saçdı
Sənə doğru...
Ürəyimdə nəğmə-nəğmə
Sətir - sətir
Cümlə - cümlə
Sözlərimə inad oldun
Qanad oldun, qanad oldun ...
Dözüm kimi daşa döndüm!
Asimanın gözlərində
Yaşa döndüm
Bu dünyanın hər yerinə
Bulud kimi parçalandım
Adım-addım
Sənə doğru...


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.