Dünyanın qəmləri məni axtarır » Divane Dunyası
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Qrup


ÜZV OL

Sevgili Dostlar! Dəyərli Oxucular!
Facebook.com sosial şəbəkəsində oxucularım üçün qrup yaratmışam. Sizinlə söhbət etmək fikirlərinizi bilmək xoş olardı.
Sevgilərimlə Divanə...
 
 
Saygac

 
 
 
 
 Divane Dunyasi » Şerlər » Dünyanın qəmləri məni axtarır
 


 Şerlər : Dünyanın qəmləri məni axtarır



Nə qədər üzünü yana tutsada
Boğub qəhərini gizli udsada
Məni can evimdən tükədən bilir
Sevincim ar edib bir an dursada
Dünyanın qəmləri məni axtarır

Yox, daha ürəkdən keçən arzular
Gör neçə ürəkdən uçub ayrılan,
Bu dəli könlümü seçən arzular
Özünü bu qədər yormasın neynim
Dünyanın qəmləri məni axtarır

Aramsız sakitcə damlayır ömür
Tükənən tarixlər yaddaşa dönür
Mənim də bir aləm dərd payım varmış,
Görür, ürəyimin nəm gözü görür.
Dünyanın qəmləri məni axtarır

Aparma sən məni! burax qoy gedim
İstəyirəmki, sənə bir yaxşılıq edim
Mən boyda dərdini ömründən götür
Sənə hər cümləmin başında dedim
Dünyanın qəmləri məni axtarır

İzn ver sol yanımı uçurum özüm
Qalmasın qeydimə! bu qəddar dözüm
Divanə qəsdinə dursun bir qələm
Onu hər qətrəylə ağlayır sözüm
Dünyanın qəmləri məni axtarır

 
Bənzər yazılar
  • Divanə
  • Biz görüşəcəyik bir gün səninlə
  • Mən səni sevməyə məhkum edildim
  • Gəldim
  • Birdə belə sevməz ürək
  • ***
  • Ən gözəl qəmim
  • ***
  • Bilmez oldu ürəyimin qədrini
  • Ürək
  • Mənim əsl sevgilim
  • Xəyalım
  • Qayıtdım ömrümün səssizliyinə
  • Mən sənə məhəbbət əmanətiyəm
  • Özgə ürək!
  • Şəhərin sulara düşən yerində...
  • Mən içimdən qaçıram.
  • İtirdim
  • Divanədən...
  • ***

  •  
       
     
    salam qardas necesen ? uzun zamandir senin Serlerini oxuyuram heqiqetende sinende soz denizi var heyat qeribedir ve cetindir bu sozleri oxuyan xanimlar incimesin menim 21 yasim vaar bu gune kimi cemi birini sevmisem ve bu gunde sevirem ama o meni cox asanliqla unutdu ve men esger getdikden cemi 3 ay sonra evlendi xoshbext olsun ma ozume soz verdim daha hec bir qiza etibar etmez ve ikinci def sevmek esqine dusmerem ...... Divane xais edirem menim mail adresime dostluq gonder qardas

    nezrin,
    Salam xanim sizinle tam raziyam urek cemi bir defe saf esq tapir ve yalniz onuncun cirpinir ama bu sevginin deyerini bilmeyenler bilenlerden azdir heyifki
     
         
       
     
    men bilmirem men ozum cox qemli biriyem ureyim hec acilmir hec ne menim uzumu guldurmur dunyanin qemeleri ele menimledi.bilendeki artiq heyatini puc elemisen ve hec ne artiq duzelmeyecek bu en boyuk derddi. omur kecdi gun kecdi amma uzum gulmedi. bu derd qem menimdi bunu hec kes anlamaz ve anlamirda
     
         
       
     
    Dunyanin qemleri bizi deyil bezen onu biz axtaririrq. Bezen qarshimiza chixsin eye behaneler bele tapiriq. Uzleshdiyimiz heyat sinaqlari bize heyatin bir oyunudur deye gelir.. Tek bunlari yashayan, tek en pis derdleri cheken bizlerik deye dushunuruk ancaq yaniliriq.. Hardasa kiminse bizim heyatimiza qipte ile baxdigini unuduruq.. Heyat hem qemi hem sevinci ile gzeldir..Eger qemini, acisini grmesek sevinci dadmagin bu qeder gzel oldugunu dile getirecek qeder bezen aciz olmazdiq..
    Shair daima qemini blusher chunki sevgisini, sevincini ichinde saxlamaq ister.. Sevinc ele bir hissdir ki, bezen onu blushmeye qisqanariq...
     
         
     ÅžÉ™rhin É™lavÉ™ edilmÉ™si
    Adınız:
    E-Mail:
    Kod:
    Təhlükəsizlik kodunun təsviri üçün bu şəkildəki kodu daxil edin
    yenilə, əgər kod görünmürsə

    Kodu yazın:
     

     
    Divanə

    Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
     
     
    Sayt haqqında
    Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

    Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

    İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

    Bütün oxucularıma təşəkkür edirəm!!!

    Hörmətlə: Divanə

    Email: divane.urek@gmail.com

     
     
     
    Designed by - Deniz-Design STUDIO
    Bütün hüquqları qorunur və Rəhmanzadəyə  məxsusdur