Şerlər » Səhifə 2 » Divanə - www.DİVANEden.com
 
   

 
 
Ana səhifə   Divanə haqqında   Qonaq dəftəri   Əlaqə  
www.divaneden.com
 
 
Divanə dünyası
ANA!!! Dəniz düşüncələr Dəli duyğular Məhəbbət şerləri Şerlər Hekayələr Səsli şerlər Videolar Fotolar Sayt xəbərləri Əlaqə
 
 
Facebook
Sayğac
 
 
 
 
  » » Səhifə 2
 


 Şerlər : Gözəldi



Nə qədər ağlasa deyirəm əhsən!
Kamanın nitqin də zar da gözəldi
Güvənli dağları qınamıram heç
Zirvələr üstün də qar da gözəldi

Könlümə xoş idi hər ədası da
Hər acı sözünə dəva demişdim
Eşqin ən ucası mübtəlası da
Vəfasız bir zalım yar da gözəldi

 
 Şerlər : Dünyanın qəmləri məni axtarır



Nə qədər üzünü yana tutsada
Boğub qəhərini gizli udsada
Məni can evimdən tükədən bilir
Sevincim ar edib bir an dursada
Dünyanın qəmləri məni axtarır

Yox, daha ürəkdən keçən arzular
Gör neçə ürəkdən uçub ayrılan,
Bu dəli könlümü seçən arzular
Özünü bu qədər yormasın neynim
Dünyanın qəmləri məni axtarır


 
 Şerlər : Ürək


Ağlasan qəmlərin kiçilməz itməz
Özün öz içindən yanarsan ürək!
Necə yalanlara tuş gəldim demə
Yaxşılar qədrini qanarsan ürək!

Gecələr yuxumu çəkdin göylərə
Yandın ocaq kimi yandın od kimi
İllərim saçımda dönər dənlərə
Cavanlıq əhdini danarsan ürək!


 
 Şerlər : Insanin


Bu dunyaya goz acanda duymadim
Ne zulumler ceker basi insanin
Yurdu ucar xanimani dagilar
Das ustunde qalmaz dasi insanin

Kimin sonu, kimin xosdu ezeli
Kim mecnundu kimi eller gozeli
Iller olur omrumuzun xezeli
Mezarina yoldu yasi insanin


 
 Şerlər : Agacdan dusen yarpaq...



O umudle gelmisdi,umud ekib budaga
Pohrelerden ucalib,
baharindan guc alib
yasil yarpaq olmaga
O umudle gelmisdi....
Gunesine qizindi yalan riya dunyanin
Nefesine sigindi...


 
 

 
Divanə

Ürəyimdə bir dəniz var....söz dənizi...sahilində susar qalar bu həyat...
 
 
Sayt haqqında
Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur!!!

Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz!!! Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır!

İlk olaraq Sayt bir blog kimi 26 iyul 2007-ci ildə fəaliyyətə başlamş, İki ildən sonra artıq 26 iyul 2009-cu ildən sayt olaraq Divanə dünyası yenə də sizlərlə yeni və dəyişilməz məkandadır.

Bütün oxucularıma təşəkkür edirəm!!!

Hörmətlə: Divanə

Email: divane.urek@gmail.com

 
 
 
Designed by - Deniz-Design STUDIO
Copyright Bak覺 / 2006-2013 Bütün hüquqları qorunur.