Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Danışacaqsan

ÇAP ET İRADINI BİLDİR

Mən bilirəm biz görüşəcəyik səninlə... Mən baxacam yaxın qədər  uzaqdan. Sən danışacaqsan... O mənə danışdığın yanıb sönən, sənin üçün ötəri alışan ocaqdan... Bəlkə də illər boyu qəlbində olan sevgimə sədaqətin dil açacaq sözündə. Sən danışacaqsan... Mən baxacağam. Birdən hirsə dönəcək  hansısa gizli sözündə hecalı adım. Ucalacaq nitqindən bir gecə sənə yazdığım,səssizcə qəlbimdə fəqan edən o səssizcə fəryadım...


Sən danışacaqsan, mən baxacağam... Səsin də kövrələcək... Bəzən mənə qıymağa  dilin gəlmədiyindən gizli dünyamızda gizlətdiyin o səs mənə gəl deyəcək... Yenidən sev deyəcək, elə lap başdan... Lap əvvəlki o yaşdan... Susmağım ağladacaq səni, susmağım yandıracaq səni... Mən bilirəm, susmağım salacaq yadina, neçə şeir  yazmışam sənin gözəl adına... 


Məndən, səndən, ürəkdən, elə o ilk şeirdən bir iki misra...  Sənin səsinlə, mənim sözümlə sən danışacaqsan, mən baxacağam... Deyəcəközün sənə,kövrələn sözün sənə, mənim ilk duyğularımı...Gecələrdə  bir zaman o oyaq yuxularımı... Acı gülüşlərinlə...Gah gedən, gah qayıdan ülvi dönüşlərinlə... Mənə yaxın olacaq illər boyu uzaqda döyünən o ürəyin... Hərdən özü özündə sevgim ilə öyünən o ürəyin...
Mən bilirəm, yaman qəmli olacaq sükutumuz arada... Danışmağım nağıldı... Nagıllar yalançıdı.Ölür neçə gümanlar...Söküləcək qəlbindən elə o an, o yerdə Ümüdündən əl üzən,kecən,ötən zamanlar. Sən danışacaqsan, mən baxacağam. Mənə elə gəlir ki, xatirində elə əbədi susqun qalacağam.


Sözlərin qırılacaq, töküləcək köksümə...Əllərin uzanacaq o daşın üstündəki sənə baxan əksimə...
Sən danışacaqsan, mən baxacağam...

Mən yazdıqlarıma məhkumam, sən yaşadıqlarına məhkum
Divanədən…

Şərhlər (3)

image
xeyale 8 iyul 2011 16:41
her kesin heyatind sevgi olur,bezileri herchend ki,etiraf etmirler,amma her kes de o sevgini layiqince ne yasha da ne de qoruya bilmir!! yeqin ki, b meqaleleri yazan insan da sevgi yashayib heyatinda,amma yeqin ki, layiq olduqu sevgi hele de ondan uza smile q gezir..
image
kohne birisi 29 dekabr 2009 20:38
Men bilirem yaman qemli olacaq sukutumuz arada... sen de bir nece anlar menim ise omurluk ...Danismagim nagildi... Nagillar yalancidi Olur nece gumanlar


tesekkur.. men sizin yazilari oxuyanda daha cox tapinti misralar tapiram..cox beyenirem ilklerden olanlari..
image
ramella 21 oktyabr 2009 18:28
men heyatimi anlatsatsam bir roman olar amma bilmirem bura nece vermey olar xahis edirem menekomek edinde winked
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent