Aldat məni
Gəldi ayrılıq...Bahar küləklərinin qəfil gününə öldürə bildi, ozümü məndə. Carpışan gücümə, taqətimə də qisməti, taleyi güldürə bildi. Çəkilib gözümün qəm kölgəsinə o. Həsrət ... Zavallı, utancaq duyğuları da bir gündə, bir anda dindirə bildi... Məndən aralı yıxıldı o qala sevdamın özü. Çarəsiz özümə, çarəsiz canıma nə hakim olum?! Nə dayaq olacaq ona axı, yaralı məndən.Aldat məni, de ki, bu intizarın gələcək sonu. Cildindən cildini cıxaran insan.Mənim təmənnam, mənim istəyim, geyinib ürəyinə bir basqa donu,aldat məni.
Bir aləm baxışın, bir dünya gözun önündə var olub yaşamaq uçun cəsarət istə.Daha doğrularım, daha düzlərim bir gündə batmışdı sənsiz günaha. Sən məndən qəbahət, qəbahət istə. Aldat məni. Geriyə boylanıb oğru gözünlə calanıb qırılan anımı apar. Ömrünə peşiman, gününə peşiman canımı apar. Aldat məni, qarışıq fikirli sözlərlə danış, saxta təbəssümlərləgunahkar axtar. Gah bağışla, gah barış. Aldat məni... Bir anda, bir ömur yaşatmaq uçun yoxlayıb son dəfə məharətini, aldat məni.
Aldat məni...Bir başqa, bir ayrı sən ilə deyil, bir andan öncəki sən olmaq üçün.Can verir ömrümün xoşbəxt günləri. Yadında xeyirxah qalmaq uçun aldat məni. Elə qəlbin ilə, ürəyin ilə o məndə mən olan,hələ yaşayan varlığım üçün, bir dətəvəqqəm, istəyim, diləyim üçün aldat məni.
Heç nə danışmağa dilin gəlməsə, bu eşqin gözünü giryan eyləyən o yalan, o saxta sözünü danış. Birdə yenidən elə lap başdan yalan danış. YALANÇI, yalançı, yalandan özündən danış, yalandan özünü danış,aldat məni.

Şərhlər (2)