Divanə dünyası / Sənə nəsihətim

Sənə nəsihətim

Ağlama...
Onsuzda gözündə min bir bəla var.Gah yağır ömrümun hər bir gününə, gah dara çəkir məni... Sən sevə bilmirsən qəmini belə, hec bilə bilməzsən nədir mübtəla. Nədir hər anında boğa bildiyin bu dəli sevgimin acı göz yaşı... Sözümdən sözümə... Gözündən gözümə hər sıçrayışı...


Yalvarma....
Qınasa bir ömür insafı səni... Adiləş. Sakit gecələrin gözünə dik bax. Sən də fikirləş de, nəyi qazanıb, nəyi itirə bildin? Mən getdim, izim də,tozum da itdi...Baharmı gözlədin zalım ömürdən,de, hansı baharı gətirə bildin? Coşub şəkillərə divan eyləmə... Sən viran eyləmə, viran eyləmə…


Axtarma....
Yazan deyiləm. Sındırdın umudun şüşə qəlbini, qırıq aynaları kəsib əlimi, yazan deyiləm. İnada inadmı istədin məndən? Yaralı qəlbimləçökdüm torpaga.Uçmağa qanadmı istədin məndən? Sənin istəklərinə qul idim onda. İtmiş bir ünvana gəldimmi sonda...
Saxlama...


Öl desən ölərdim, yan desən alovsuz, odsuz-ocaqsızinanki, elə yanardım....Söndürə bilməzdi dalğalanan dəniz... İndi yaddaşa hökm eylə bir az.... Məni özündə bitirə bilsin, sənin hər arzunu, hər diləyini etirazsız yerinə yetirə bilsin...
Birdə... Qayıtma…


Sənli duyğularda qərq olub ürək. Mən qorxuram özümdən, bu dözümsüz dözümdən. Ağladım, yalvardım, axtardım, səni əzbərlədim mən... Hey yadımda saxladimda. Bu zalım qisməti dəyişə bildinmi, söylə?! De, nəyi uçurdum, tikə bildim, bu zalım həsrəti sildinmi, soylə?!


Məndən sənə əmanətim. Həm haqsızam,həm zalımam bu sevgimə, olsa belə qəbahətim....Budur var olan həqiqətlə son nəsihətim.... Dəyişən deyil ki, ömürdə qismət. Yüz il cəhd eyləsə dəli məhəbbət…

29 avqust 2009
Geri qayıt