Divanə dünyası / Danış

Danış

Danış, sözlərinə bürünsün ürək. Səsin havam olsun, nəfəsim olsun. Sən uzaq, mən uzaq, necə yaşadıq. Kim indi mənimçün hər kəsim olsun. Danış, duyğuların qanadı, qolu... Baxdıqca uzanan o hicran yolu...


Danıs! Gəlsin səsin...


Ömür, gün dediyin dəmir qəfəsin, elə o tayından istəyirsən harayla... Axı necə yaşadıq dağ boyda məhəbbətin qəlbimizə vurduğu bu sağalmaz yarayla. Axı necə yaşadıq? Gün gəlir özünə vəfasız olurmuş insan. Neçə hicran ilə, neçə qəm ilə il ötür, yaşa dolurmuş insan...Bir ömür yadigar yazan sözünlə, uzağdan-uzağa duman gözünlə  danış... Bir kəlmən aya dönsün, bir kəlmən ilə donsun qəlbimdə.Gözüm kimi kor olubdur cahanda...Danış, sənin sözlərin ruhumu oyadacaq o şirin avazlı dilə dönsün.


Yuxulu günlərin oyağı mənəm...Qəflətən... Fikirdə  qərq olub bitər bu qəlbim,ülvi duyğuların ölməz gümanı... 


Gör necə kiçildik eşqin gözündə, uzaq üfüqlərdə zərrə deyilik....Məhəbbət ağlayır əvəzimizə. Biz qüssə deyilik, kədər deyilik. Nə qədər acizdir gülüşümüz də, bəzən yol çəkən xatirələrlə günahkar geriyə dönüşümüz də...Nə qədər acizdir. Hər dəfə qınayır məni bu qəlbim! Danış gəlsin... 

 

29 avqust 2009
Geri qayıt