Sevmişdim! Eşqimin gözündən düşdü, getdi. Yandı bir kərə! Gözümün qəmindən bezdi, usandı. Küsdü,çıxıb getdi. Bacardı qəhərdən divarlar tikib hörməyi, bir qəlbi ikiyə bölməyi, onu ayrı sevməyi, məni ayri sevməyi bacardı, getdi... Susdu sözləri, bağırdım çağırdım, səslədim. Küsdü gözləri. Getdi...
Həm haqlı, həm haqsız, bir az ixtiyarsız... Danışdı kövrəldi... Düşündüm, yox daha bundanda o tərəfə nə?! Sevgitükəndi. İçdiyi andı sıxdım ovcuna, ötürdüm yol ayrıcına. Getdi...
İtirdim dumanlı kölgəsini də. Bir addım geridə qoyub gəldiyim, o nağıl günlərin ölkəsini də.İnanmadim ki, günlərin, ayların gözəli bitdi. Son anın qüdrəti sarsıtdı məni. Gör neçə illərim qoynunda itdi. Getdi...
Varikən yox olmaq necədə asan. İndi bu yoxluqda var olan sənnən, axı necə qaçasan?! Necə qurtulasan?!
Bu necə sevdadır axı bilmirəm. Xatirəm başında ağlayanım yox. Xatirim eşqinə yaşayanım da. Yaşadanımda... Getdi,arzudan arzuya qondu da, getdi.Çarəsiz yaralar vurdu da, getdi... O, getdi...