Divanə dünyası / Gəlsəydin ...

Gəlsəydin ...

Gəlsəydin ...
Bahar olacaqdı... demişdim, yaşıl geyəcəkdi hər gül, hər çiçək. 
Yox, gülüm!
Gül yox... Çiçək də yox. 
Axı kimi sevəcək? Kimi səsləyəcək? Hər gecə günəşin gedən zamanı...
Sənli gəlib, sənsiz gedən bu yazı, baharı,
Kim sevəcək?

***
Gəlsəydin...
Sabah olacaqmış qırmızı pəncərələrdə. 
Kim bilir harda, 
Sabah da darda,
Saat da darda.
Gəlsəydin... gəlsəydin...
Dönüb öz ruhundan lap mələk ola bilsəydin,
Oyada bilməyəcəkdin sən
Yatmış taleyi,
Dirinin gözündə ölü görsənən batmış taleyi.

***
Gəlsəydin...
Qüssə də, kədər də, qəm də,
Bitəcəkmiş sən gələn dəmdə.
Gözümün bir gülüş borcu varıymış,
Səsimin bir qurtuluş...
Bitən deyilki,
Hər addım yerində əkdiyin bu dərd, itən deyilki.
Sən mənim üçün hətta ölsəydin,
Gəlsəydin... Gəlsəydin...

24 iyun 2012
Geri qayıt