Getmə... bir ömrün yasını saxlayacaqsan
Getmə bir ömrün yasında ağlayacaqsan....gözlərin dolacaq həsrət nəmiylə... bir urək tükənib məzar olacaq sən isə yasarsan onun qəmiylə....ömrünə gününə dağ cəkəcəksən . sən məni dönməyəcəm bilə bilə gözləyəcəksən.... Ürəyində ümüdü boğacaq qəhər...dözməyə məcbursan, sən yasamağa məcbursan inan birtəhər... Əllərin sevdanin yoluna doğru xəyalı tutmağa uzanacaq ...getmə gedisinə ürəyin pesman olacaq...
Getmə bir ömrün yolunda dayanacaqsan...ayağın altında tufan qopacaq...gəldiyin yollara boylanacaqsan qarşindasa ucurumlar duracaq... Ağlayib gözünü silmək istəsən...sənsiz nə haldayam bilmək istəsən...inan sən geriyə dönmək istəsən...bacara bilməyəcəksən.... cöküb dizlərinin üstünə səssiz...fikrinin sonunda ölmək istərsən... sən mənə hər zaman dönmək istərsən...günahkar əllərin göydən soracaq...taqətsiz dizlərin yerdən soracaq...
Getmə bir ömrün yadında qalmayacaqsan.... yaddaşi donacaq bir ömrün...səni silmək üçün səni bitirmək üçün.... Tarixi dayanıb günü sönəcək, yanıb oduncaği közə dönəcək. Nə geri boylanıb baxa bilməzsən ...nə mənim adımı silə bilməzsən.... nə deyimki mən anlayasan duyasan getmə.... Bir ömrün taxtında otura bildin...daha bir taxta çatmaq çətindi. Getmə mən olsəm bu sənin qəbahətindi...
Ağlayan qəlbimi qor eyləmisən. Gözümü sən məzar gor eyləmisən. Zirvəli bir ömrü toz eyləmisən getmə... Nə deyim addımın donsun yerində, fikrinin bas çəkən sarvanı olum nə deyim mən sənə omrünün yanında məndə bir ömür karvanı olum...
12 avqust 2009
Geri qayıt