Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Deyirdin

ÇAP ET İRADINI BİLDİR

Deyirdin gələcəyəm sənin ömrünə,  baharı coşduran həzin yel kimi. Qəlbini odlayacam, sözlərdə boğulub, sözlərlə çağlayacağam. Bəzən gülüb həyatın qəm üzünə, bəzən sevinci duyub ağlayacağam. Günləri tükədib, səhərlər açacam deyirdin... Həsrəti ağladacağam sızlayan tel kimi. Qəmlərin saçın yolacaq... Gözündə silinməz bir sevda qalacaq sənin deyirdin... Sözünü bir nəğmə biləcək könül. Deyirdin hər gecə, hər gündüz  sənin yanında güləcək könül. Sevəcək deyirdin sevgini. Ümman biləcəyəm ömürlük bir qəmi. Bir an biləcəyəm...Yaşayacağam sevginin zirvələrində,ən incə,ən gözəl düşüncələrində.


Deyirdin kamanın, tarın olacağam...Səndən ayrılmayan sevən yarın olacağam. Nəfəsində başlayacaq bir ömür. Tükəndi dedikdə tükənəcəyəm mən.Səni uca dağ bilib, səni zirvə bilib sevgində yaşayıb, sevgində gizlənəcəyəm mən... Deyirdin mən səni öyrənəcəyəm həyatın xoşbəxtlik kitabı kimi. Mən səni ömrümə ənam biləcəyəm. Allahdan dilənən ömür savabı kimi səndə axtaracağam suallarımı, tapılmayan bir sevgi cavabı kimi... Deyirdin.


Deyirdin bəxtinə çıraq olacam, qaranlıq dunyana işıq saçacam... Mən günəş bilib səni, sənə qaçacam.Gecənin gözlənən sabahı kimi. Deyirdin...

 

Deyirdin könlündə alışan ocaq olacam ,qızınacaq o yetim divanə könlün  məndə... Şaxtalı çovğunda buz tutmuş ömrün məndə deyirdin...
Deyirdin səmalar ağlamayacaq. Deyirdin kövrələn buludu ovudacam...Sözlərinin dənizini sovuracam. Deyirdin baharın, yazın olacam… Mən tutulmuş nitqində şirin avazın olacam deyirdin…


Nələr deyirdin sən, nələr, nələr... Dediklərin indi qatil, acı xatirələr... İndi mənim yadımda özün boyda kədərsən... Bilirəmki, sən mənə  təkcə qəm gətirəcəksən... Bilirəm ki, sən məni tükədib bitirəcəksən... Deyirdim sevgiyəm mən... İndi anladım mən, indi duydum ki, bir dəli sevgiyə məzaram,bir ömrün qəm səsiyəm…

Şərhlər (3)

image
Leyla Ceferova 3 fevral 2013 21:46
Hm

Hm
image
Divane 16 dekabr 2011 16:16
Tesekkur edirem var olun
image
ROMA_RD 28 noyabr 2011 20:09
Burda var "Deyirdin" "Menim seni yazan ellerim oldu" ve "Ozgeye vermeye ureyimmi var" kimi serlerin sesli oldugu kimi o birilerinin de musuqi ile deyilisi olsaydi cox gozel olardi.bu adlarini yazdigim serlere belke gunde heresine 3 defe qulaq asiram.cox cox gozeldir. serin muellifi Divaneye tesekkur

sehv yazdim gunde 3 yox 30 dfe qulaq asiram.
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent