İstəmirəm xatirində yaşayım
İstəmirəm xatirində yaşayım, yaddaşın ömürlük kədər olmasın. Qalacaqsan yaddaşımda tunc heykəl kimi. Mən isə istəmirəm xatirində yaşayım. Kədərin gözündə qalmasın. Gözlərinə kölgə kimi qəm düşməsin, məni yaşamasın, məni duymasın. Ya qismət, ya ömürdən küsüb gedəcək, ya da ki, mən sənsiz olmayacam heç zaman. Sən bir heykəl olacaqsan, yaddaşımda tunc heykəl. Mən isə istəmirəm xatirində yaşayım. Kədərin gözündə boylanım, baxım. İstəmirəm hər gun gecə gizlicə gözlərindən axım.İstəmirəm xatirində yaşayım. Bir anlıq sevinci tapmaq çətindi. Mən isə ömürlük qüssəyəm, qəməm. Cavanlıq deyirsən,cavanlıq yaşa. Mən isə inan, yaşaya bilmirəm. Taleyin əlindən qaçıb gedəcəyəm, sənə bu dünyanı sevinc edəcəyəm.
İstəmirəm xatirində yaşayım. Nə mənim haqqım var, nə sən istə. Mən sonu kədərli yuxu kimiyəm, bəlkə də adiyəm, adidən adi. Vəfasız, insafsız çoxu kimiyəm.
İstəmirəm xatirində yaşayım. Bir ömrün qisməti deyilsə sevgi, onu yaşamağın kədəriyəm. Mən bu sonsuz duyğuların viran etdiyi divanə qisməti qədəriyəm. İstəmirəm xatirində yaşayım. Nə sənin gözlərin dənizlə dolsun, nə mənim məskənim sahil olsun.Yaddaşın unutsun mənli günləri, xatırlamasın.
İstəmirəm xatirində yaşayım. Arzular yolunda Ümüdla yaşa. Bir Ümüd yaratmaq istədim səndən. Min arzu öldürüb sən gedə bildin.
İstəmirəm xatirində yaşayım. Sən mənə kədərsən söyləyə bildin, deyə bildin. Mən o yaddaşdan küsmüşəm axı. Bu incik qəlbimi qaytarmaq çətin. Bir duyğu qoynunda ölmüşəm axı. Bu ruhsuz yaddaşı yaşatmaq çətin. İstəmirəm xatirində yaşayım, istəmirəm.

Şərhlər (2)