Saytda axtar

SİZƏ BU SƏTİRLƏR DİVANƏDƏNDİR...

image

Salam Hörmətli oxucu!

Saytdakı bütün məlumatlar Divanəyə məxsusdur. Müəllif hüquqları qorunur
Şerləri yazıları Divanəyə aid olduğunu yazmadan yayımlamaq qadağandır! Şer və yazıların mətnində dəyişiklik etmək əsla olmaz. Bu şərtlər altında digər yerlərdə yazmaq icazəsi vardır.
Hörmətlə: Divanə

Çağır məni, səslə, gəlim

ÇAP ET İRADINI BİLDİR

Cağır məni, səslə gəlim. İllərin qoynunda azıb qalmışam. Səni gündüz-gecə sətirlərə, şeirlərə yazıb qalmışam. Oduna möhtac pərvanə kimi, bir dəli duyğulu divanə kimi. Cağır məni, səslə gəlim. Şaxtalı,çovğunlu yollara inad, məni səndən ayıran o zülümkar əllərə, qollara inad. Cağır məni, səslə, gəlim. Səmaların o kövrələn zamanıyam. Ömür bitir daha, sevda gümanıyam,çağır məni. Geridə qoyduğum o günlərə üsyan edəcəyəm. Nəyim varsa, bu zamana ənam verəcəyəm. Sənə gələcəyəm, sənə dönəcəyəm, cağır məni, səslə, gəlim.

Elə bir anam ki, zamanın gözündə qarşıdakı yollara küskün kimiyəm. Məhv olmuş arzuların qoynunda bir ömür tarixi həsrət qəmiyəm. Çağır məni, səslə, gəlim. Saçımda illərin qar bəyazıyla buz tutmuş ümüdlar şaxtası qəm ayazıyla sanma ki, isidib ruhumu özgə bir qəlbdə.  Axtardım eşqini yad bir ürəkdə. De, hansıürəyə qonag olaram?! Gözümdə, üzümdə,ürəyimdə sən.  Mən sənsiz şaxtalı çovğun kimiyəm. De, hansı ürəyə  ocag olaram?!...Çağır  məni, səslə gəlim. İllərin içində  itirib getdin.İndi qaytar məni.  Məni qərib edən günahkar kimi. Bu eşqi yollarda ağladıb gedən o zalım ürəkli səbəbkar kimi səslə məni, çağır, gəlim.

Çağır məni, səslə, gəlim, gözlərindən itgin düşən baxış məndədi. O bəzək məndədi, naxış məndədi. Çağır məni, səslə, gəlim. Qismətdən gizlənib səssiz gələcəyəm. Mənə bağışladığın o kədərdən ayrılıb qəmsiz gələcəyəm. İynənin ucu boyda işıq olsun səsin. Həsrətin tikdiyi dəmir məhbəsin arasından xəyal kimi, röya kimi çağır məni, səslə, gəlim. Ömürdə, qismətdə yerim yox mənim. Mən sənli ömürə yol eyləmişəm,hər gün gizlicə öz-özümə çox söyləmişəm, çağır məni, səslə, gəlim.

Şərhlər (1)

image
prenses 23 sentyabr 2009 23:43
qelbimde her zaman coox boyuk bir ewq gozledim amma sevemeyi hec bacarmiram .. mende yagisin altinda onunla ell ele gezmek isteyirem mende onun mene hediyye etdiyi gulleri yawatmaq isteyirem mende saatlarca onun xeyallari ile sohbet etmek isteyirem mende ozlenmek isteyirem mende sevmek isteyirem ammaa bacarmiram cunki qorxuram acizem cunki
Şərh yaz

  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent