Sənin adın sevgiydi
Baharın həsrətini kövrək qəlbimdə, soyuq rüzgarları əlimdə, sənə doğru ümid ilə gələndə düşündüm... Qəm olacağam tənhalığa. Güldüm bir az. Qarşıdakı yolları işıqlı gördüm və sən... gözlərimdən ürəyimə yağanda nə qədər sevmişdim payızı və onda, o həmin anda, ürək qəmi dananda... Sənin adın sevgiydi...
Yuxu kimi gəlmədi yuxu olan bu zaman...Bir an oldu demərəm,bir gün oldu demərəm. Sən qədər ola bildi, sən qədər yaşadı və sən qədər yaşayacaq...Gecələr anlara dönüb gedəndə... ümid dolu qəlbimlə bu dünyaya güləndə...Hər yolda sən varsan, hər yolun sonu səndə... düşünəndə…
Sənin adın sevgiydi...
Sevginin gücü dağdı.Dağ bilmişdim özümü.Ürəyim yenilməzdi heç bir kəsin sözünə. İnciməzdim kimsədən, küsməzdim belə.Sən vermişdin konlümə, bax, bu qədər dözümü.Dağ bilmişdim özümü...Dağ bilmişdim özümü...O dağın baharında.Sənin adın sevgiydi.
İndi bu günlərim qəmlərin kölgəsində, ürəyimdə qurduğum o sevdanın ölkəsində...Düşündüyüm sən...Bax, nə qədər qəmin qalır məndə...İndi min dərddə min cür adın var...Uzaqda bir yaxın yadın var, unutma!
Sənin adın sevgiydi...

Şərhlər (4)