Divanə dünyası / Bir ayrılıq şairindən

Bir ayrılıq şairindən

Nakam dediyin bu sevdanın hər anında mən varam, elə ümüdsuzcəsinə baxan,sakit-sakit ağlayan mən... Birdə sən varsan ümüdləri yıxan və birdə, birdə məni ağladan... Və birdə bu sevdanın özü, birdə onun ayrılıq nəğməsi üçün yazılmış sözü... Ayrılıq dediyin, sevgi üçün yaranmış hər sevginin sonunda qıvrılıb yatan ayrılıq adında bir ilan varmış. Sancdımı... Ölməyə tələsmə sən. Bilki,həsrətin hər anında min dəfə öləcəksən.


Saçlarına ələnəcək ürəkdən çəkdiyin ahlar... Sən bu zalım ayrılığa şüşələr arxasından baxacaqsan. Sənə deməyə dilimdə gəlmir,qəddini əyəcək sənin, qocalacaqsan. Ahh, nə soyuqdur ayrılıq rüzgarları... Səni isitməyə günəş də yetməz…


Çiçəkli baharın xəzana dönər. Rəngli bir ömrü ağ-qara edər xatirələr. Ölməz şirin xatirələr. Hərdən ağladar səni, hərdən də ən xoşbəxt anına dönüb, üzünə  gülər. Ayrılıq şair edər sevənləri. Səssiz göz yaslarıdır yazdığı şeirləri...  Ayrılıq bir ömrün sonu, bəzən də yaşayarkən öldürdüyü bir ömrün yolu...

29 avqust 2009
Geri qayıt