Axı necə yaşayarsan sevgimdən ayrı?! Getmə urəyi qəmli ... Baxışım gözünü qoruyacaqdı. Ağlasan kim silər gözündən yaşı? O kövrək, o həzin, o incə qəlbini axı kim sevgiylə doyuracaqdı... Getməürəyi qəmli, getmə...
Saçlarına dən düşər əlim olmasa. Sözlərinə qəm düşər axı, qəm düşər...Mənsiz kövrələcək səsin uzaqda. Çarəsiz baxışın oda düşəcək. Xatirəm qəlbini dara çəkəcək, yada düşəcək. Getmə ürəyi qəmli, getmə. Geriyə yolları silər bu zaman...Aldadar könlünü yalançı güman.Getmə ürəyi qəmli, getmə. Həyatın yolları atəşdən keçir. Arzunu, Ümüdu ayrılıq bicir, getmə. İrəlidəki yollarda dayağın yoxdur. O zülmət, o tənha soyuq günlərdə qayğını çəkəcək oyağın yoxdur. Getməürəyi qəmli, getmə.....
Gülüşün sözümdə donub qalacaq. Sükutun yandırar bağrım basını, getmə ürəyi qəmli... Amandı, bu qismət hicran salacaq, getmə ürəyi qəmli... Gizlədir zamanin əlləri səni, aparır həsrətin yelləri səni. Getmə...
İnciyən könlünə kim yanar axı... Əlindən kədəri kim alar axı... Ürəyi qəmli, de, harda tənhadı fikir xəyalın,cavabsız,üsyankar neçə sualın. Qəlbini qıracaq sözdən qorxuram. Ürəyi nə qədər zalım olan var. Tənəli baxışlı gözdən qorxuram. Mənim baharımda çiçək olanım, payızın sərt olur bəzən də üzü. Xəzana dönəcək güldən qorxuram. Getmə ürəyi qəmli, getmə.
Bu ömrün heç sənsiz günü olmadı...Bizsiz qalacaq məhəbbətimiz... Getmə ürəyi qəmli, getmə. Əcəlmi olacaq səadətimiz...