Kim bilərdi sonu hicran, sonu qəm... Sonu sənsiz, sonu atəş, sonu mən. Bu həyatda qəmi görmək istəsən,sənsiz duyğuların qucağına ax, gözümdən od düşür sənsiz yollara. Alovuna, oduna, ocağına ax. Duyub ürəyinə yazacam səni.Ürəyin, gör neçə kədərin qıya bildi intizar yurduna məni.Boylanıb səmanın gözlərinə bax. Bulud söz deyəcək, çən söz deyəcək.Düşəcək yadına, yenə onsuzam...Mən ki, unudulmadım, mən ki, sonsuzam.
Bir gecə yaşadın, bir gecə öldün. Bir gecə susmuşdun, gözlərin goyə baxırdı. Bir gecə çarəsiz geriyə döndun. Ömürlük yaşamaq istəmişdin sən. Ömürlük var olmaq haqqınmı vardı? Qəlbində məni yox, yalanları bəsləmişdin sən... Dolanıb hərdən bir sözümün sehrinə düşməyin də var. Ehh... sənə nə var ki, yalandan, doğrudan, min dəfə yaranıb ölməyin də var... Addımım yox, izim yox. Cığırsızam, yolsuzam. Bilirsən ki, sonsuzam.
Qanad çaldı, sinə gərdi,gah yıxıldı asimandan, gah uçdu. Yadigarım olmuş idi arzular. Xəbər gəldi həsrətinlə bircə parça. Mənsiz xəzan ola-ola solmuşdu arzular. Geriyə boylanıb gözumə baxma. Ürəyimdən elə talanmışamki, sən məndə görünən dözümə baxma. Ağlaram axı...Gozümün qorunda yanar baharın. Mən elə fəryadam, mən elə qəməm. O qaya qəlbini dağlaram axı... Mənim sözüm uçuracaq qəlbini cisminin qəfəsindən. Mən isə usandım, mən isə bezdim bu yaşamaq həvəsindən. Qanadsızam, qolsuzam... Sözlərimdə sonsuzam…
Ayrılıq gətirdin özünləmənə. Ayrılıq adında bəxşişin qalır. Kədərin gözlərdə leysan olacaq. Sən ölüm qazanıb bir gün öləndə ağlayan olacaq,ən azı məntək... Mən isə özümdə çoxdan ölmüşəm. Kəfənsizəm, gorsuzam.Divanə eşqimlə hər an sonsuzam!