Məhəbbət zirvəsi
Qəlbimdə ucalan qoca bir dağın
Göylərə dirənmiş uca zirvəsi
Məhəbbət çiçəkli doğma bir bağın
Ən şirin ən lətif dadlı meyvəsi
Mən bu zirvəyə çata bilmədim
Buz kəsdi yorulan ayaqlarımı
Men elə yerimdə ölmək istədim
Yeter ki, enməyim yoxuşlarını
Zirvəyə toxundu qanlı barmaqlar
Dikəlib yerlərə baxa bilmədim
Daşıdı zirvəyə səni ovuclar
Özümsə özümü orda görmədim
Sən alçaq təpəydin çınqıllı torpaq
Mən səni ucaldıb zirvə yaratdım
Sən isə zirvədən mənə baxaraq
Məni zərrə görüb toz duman sandın
Büdrəyib yixila bilmirdin ordan
Mən sənə hər zaman dayaq olmuşdum
Sən mənim qəlbimi üşüdən zaman
Mən isə könlünə ocaq olmuşdum
Zirvədə yaşamaq çətindir çətin
Gözünün önünü duman alacaq
Görmək istəsən dağın ətəyin
Zirvələr könlünü bulandıracaq
İndi mən yoxam ayağın altdan
Qaçanda torpaqlar yıxılacaqsan
Düşərək dibinə yıxılıb dağdan
O, zirvəyə baxıb ağlayacaqsan
Sen elə bilirdin uca bir dağsan
Hər zaman zirvəndən boylanacaqsan
Bax indi anladın bildin ki, mənsiz
Daşlı bir torpaqsan sən adi tozsan

Şərhlər (1)